Azərbaycanda tiktoker qadın saxlanıldı
14:03
| Ana səhifə Gündəm |
|
Ermənistan Konstitusiyasının layihəsi ictimai müzakirəyə məhz insanların təkliflərini təqdim edə bilməsi və bu təkliflərin müzakirə olunması üçün çıxarılıb.
Axar.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan bu gün hökumət binası qarşısında jurnalistlərə açıqlamasında bildirib.
Azərbaycana səfəri ilə bağlı danışan Simonyan səfərin dekabrın əvvəlində baş tutacağını deyib. O, səfərin Bakıya olmayacağını vurğulayıb.
“Ehtimal edirəm ki, ya Gəncəyə, ya da başqa bir şəhərə gedəcəyik, lakin Bakı olmayacaq”, – Simonyan bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan dekabrda Azərbaycana gələcəyini bildirib.
|
Tarix
2026.11.26 / 13:50
|
Müəllif
Axar.az
|