Yuxarı

26 yaşlı futbolçu oyundan sonra öldürüldü - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
26 yaşlı futbolçu oyundan sonra öldürüldü - Foto

Meksikalı futbolçu Luis Alberto Rios Çaves həvəskar komandalar arasında keçirilən oyundan sonra güllələnərək öldürülüb.

Axar.az Qol.az-a istinadla xəbər verir ki, hadisə Quanaxuato ştatının İrapuato şəhərindəki “La Estrelya” futbol meydançasında baş verib.

Motosikletlə gələn silahlı şəxslər oyun başa çatdıqdan sonra idman kompleksinin ərazisində olan futbolçuya atəş açıblar. 26 yaşlı Çaves aldığı güllə yaralarından hadisə yerində dünyasını dəyişib. Hücum nəticəsində daha bir nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.

Cinayəti törədən şəxslər hadisə yerindən qaçıblar. Polis araşdırmalara başlayıb. Cinayətin motivi hələlik müəyyənləşdirilməyib.

Qeyd edək ki, Rios Çaves əvvəllər Meksika çempionatının aşağı liqalarında “Atletiko San-Fransisko” klubunda çıxış edib. O, son vaxtlar həvəskar “Arandas” komandasının formasını geyinirdi, eyni zamanda “Loros” futbol akademiyasında uşaq məşqçisi kimi çalışırdı.

Tarix
2026.11.26 / 11:58
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıdan sarsıdıcı zərbə olmasaydı...

Zəngəzur dəhlizi Şərqlə Qərb arasında... - Nazir

Nisanov Moskvada beşulduzlu otelini təqdim etdi

Azərbaycan və Ermənistan nümayəndə heyəti görüşəcək

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla