Yuxarı

Bu gənc xanıma yüksək vəzifə verildi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gənc xanıma yüksək vəzifə verildi - Foto

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində yeni təyinat baş tutub.

Axar.az Yurd.Media-ya istinadla xəbər verir ki, müvafiq əmrlə Əminə Rahib qızı İsgəndərli Baş İdarənin Transfer qiymətlərinə nəzarət şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, o, bu vəzifəyə qədər 2025-ci ilin dekabrından həmin şöbədə baş dövlət vergi müfəttişi kimi çalışıb. 2022-ci ilin sentyabrından 2025-ci ilin noyabrınadək isə Milli Gəlirlər Baş İdarəsində vergi auditoru olub və xüsusi vergi rejimli müəssisələrin auditini həyata keçirib.

O, 2019-cu ilin martından 2022-ci ilin avqustunadək Bakı şəhəri üzrə Operativ vergi nəzarətinin və uçotun təşkili baş idarəsinin vergi ödəyicilərinə xidmət mərkəzində çalışıb. Həmin dövrdə əvvəlcə dövlət vergi müfəttişi, 2021-ci ilin iyunundan isə baş dövlət vergi müfəttişi vəzifəsini tutub.

Əminə İsgəndərli əmək fəaliyyətinə özəl sektorda başlayıb. 2018-ci ilin sentyabrından 2019-cu ilin martınadək “Nexia Azerbaijan” şirkətində kiçik vergi məsləhətçisi, həmin ilin fevral-iyun aylarında “Grant Thornton Azerbaijan” şirkətində audit üzrə təcrübəçi olub. 2017-ci ilin aprelindən iyulunadək “AzSIĞORTA” ASC-də Biznesin İnkişafı departamentində təcrübə keçib. 2016-cı ilin avqust-sentyabr aylarında isə Azərbaycan Sənaye Sığorta Şirkətində mühasibatlıq üzrə təcrübəçi kimi fəaliyyət göstərib.

Tarix
2026.11.26 / 11:39
Müəllif
Axar.az
Digər xəbərlər

Zəngəzur dəhlizi Şərqlə Qərb arasında... - Nazir

Nisanov Moskvada beşulduzlu otelini təqdim etdi

Azərbaycan və Ermənistan nümayəndə heyəti görüşəcək

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla