Yuxarı

"Sabah" - "Barselona" oyunu ilk üçlükdə qərarlaşdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Sabah" - "Barselona" oyunu ilk üçlükdə qərarlaşdı

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda keçirilən "Sabah" – "Barselona" qarşılaşması azarkeş sayına görə turun ən yüksək göstəricilərə sahib üç matçından biri olub.

Axar.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutan oyunda tribunalarda 66321 tamaşaçı əyləşib.

Bu göstərici ilə qarşılaşma azarkeş sayına görə turun üçüncü pilləsində qərarlaşıb.

Birinci sırada İspaniyanın "Real" klubunun Niderlandın PSV komandasını 5:1 hesabı ilə məğlub etdiyi görüş yer alıb. Madriddəki bu oyunu 76176 azarkeş izləyib.

İkinci yerdə isə İtaliyanın "İnter" klubu ilə Almaniyanın "Ştutqart" kollektivi arasındakı duel (2:0) qərarlaşıb. Bu matçda 74003 tamaşaçı tribunalarda olub.

Qeyd edək ki, "Sabah" "Barselona"ya 1:4 hesabı ilə məğlub olub.

Tarix
2026.11.26 / 14:57
Müəllif
Axar.az
Digər xəbərlər

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

Bakıya yox, Azərbaycanın bu şəhərinə gedəcəm - Simonyan

Bu, həyata keçirəcəyimiz ən böyük layihədir

Azərbaycan nümayəndə heyəti Ermənistanda - Foto

Azərbaycanda “Temu” ya qadağan ediləcək, ya da...

Bakıdan sarsıdıcı zərbə olmasaydı...

Zəngəzur dəhlizi Şərqlə Qərb arasında... - Nazir

Nisanov Moskvada beşulduzlu otelini təqdim etdi

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla