Yuxarı

Bağça müəllimlərinin sertifikasiyasının tarixi dəyişdirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bağça müəllimlərinin sertifikasiyasının tarixi dəyişdirildi

Bağçalarda çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 2026-cı il 19–20 dekabr tarixlərində keçiriləcək.

Bu barədə Axar.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, test imtahanının qeyd olunan tarixlərdə keçirilməsi imtahan prosesinin səmərəli təşkili üçün zəruri təşkilati və texniki hazırlıq işlərinin vaxtında və tam şəkildə həyata keçirilməsinə xidmət edir.

İmtahanın keçirilmə tarixi və digər müvafiq məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndəriləcək.

"Bununla yanaşı, iştirakçıların imtahana hazırlığının dəstəklənməsi məqsədilə növbəti günlərdə müvafiq mövzularda əlavə vebinar və görüşlərin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, sertifikatlaşdırma təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının qiymətləndirilməsi, onların peşəkar inkişafının dəstəklənməsi və təlim ehtiyaclarının müəyyənləşdirilməsi məqsədilə təşkil olunur", - məlumatda qeyd olunub.

Tarix
2026.11.26 / 15:03
Müəllif
Axar.az
Digər xəbərlər

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

Bakıya yox, Azərbaycanın bu şəhərinə gedəcəm - Simonyan

Bu, həyata keçirəcəyimiz ən böyük layihədir

Azərbaycan nümayəndə heyəti Ermənistanda - Foto

Azərbaycanda “Temu” ya qadağan ediləcək, ya da...

Bakıdan sarsıdıcı zərbə olmasaydı...

Zəngəzur dəhlizi Şərqlə Qərb arasında... - Nazir

Nisanov Moskvada beşulduzlu otelini təqdim etdi

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla