Yuxarı

Elnur Məmmədov Avstraliyada səfərdədir

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elnur Məmmədov Avstraliyada səfərdədir

23–26 noyabr tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov növbəti Azərbaycan-Avstraliya siyasi məsləhətləşmələrində iştirak etmək məqsədilə Avstraliyaya səfər edib.

Axar.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Genişləndirilmiş formatda keçirilən siyasi məsləhətləşmələrdə Azərbaycan tərəfdən “AzərGold” QSC-nin və AR İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyinin nümayəndələri də iştirak ediblər.

Siyasi məsləhətləşmələr çərçivəsində Elnur Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Avstraliyanın Xarici İşlər və Ticarət Departamentinin (DFAT) nümayəndələri ilə görüşüb. Görüşdə Azərbaycan-Avstraliya münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ikitərəfli əməkdaşlığın müxtəlif istiqamətləri, habelə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfər çərçivəsində Avstraliya Federal Parlamentinin Nümayəndələr Palatasının sədri Milton Dick, Avstraliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun həmsədrləri və üzvləri, eləcə də müxalifətin xarici işlər üzrə kölgə naziri Ted O’Brien və iqlim dəyişikliyi və energetika üzrə kölgə naziri Dan Tehan ilə görüşlər keçirilib. Görüşlərdə parlamentlərarası əlaqələrin genişləndirilməsi, qarşılıqlı təmasların intensivləşdirilməsivə ikitərəfli əməkdaşlığın inkişafında parlament diplomatiyasının rolu müzakirə olunub.

Avstraliyanın İqlim Dəyişikliyi, Energetika, Ətraf Mühit və Su Resursları Departamentinin (DCCEEW) və Avstraliya Birliyinin Elmi və Sənaye Tədqiqatları Təşkilatının (CSIRO) nümayəndələri ilə keçirilən dəyirmi masada bərpa olunan enerji, müasir texnologiyalar və mədən sənayesi sahələrində qarşılıqlı faydalı əməkdaşlıq imkanları müzakirə edilib.

Avstraliya Ticarət və İnvestisiya Komissiyasının (Austrade) nümayəndələri ilə keçirilən dəyirmi masada isə Azərbaycan - Avstraliya ticarət-iqtisadi əlaqələrinin genişləndirilməsi, investisiya imkanları və iki ölkənin işgüzar dairələri arasında birbaşa əlaqələrin təşviqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Dəyirmi masa görüşləri çərçivəsində Azərbaycan tərəfdən AR İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı, İnvestisiyaların və İxracın Təşviqi Agentliyi və “AzərGold” QSC-innümayəndələri müvafiq təqdimatlar ediblər.

Kanberra İnnovasiya Şəbəkəsinin (CBRIN) nümayəndələri ilə görüşdə Avstraliya Paytaxt Ərazisində innovasiya və sahibkarlıq ekosisteminin inkişafı üzrə təcrübə ilə tanışlıq olub. Universitetlər, tədqiqat institutları, dövlət qurumları və biznes sektoru arasında əməkdaşlığın təşviqi, innovativ ideyaların biznes layihələrinə və startaplaraçevrilməsi, eləcə də yeni texnologiyaların kommersiyalaşdırılması mexanizmləri müzakirə edilib.

Yeni Cənubi Uels ştatına səfər çərçivəsində Elnur Məmmədov ştatın Qanunvericilik Şurasının prezidenti Bencamin Franklin ilə görüşüb. Görüşdə Azərbaycan ilə Yeni Cənubi Uels arasında əlaqələrin inkişafı, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ştatın İllavarra regionuna səfər zamanı nümayəndə heyəti Vollonqonq Universitetinin İnnovasiya Kampusunda olub. Nümayəndə heyəti burada universitetin innovasiya ekosistemi, elmi tədqiqat nəticələrinin kommersiyalaşdırılması, startapların inkişafına dəstək, habelə universitet, sənaye və dövlət qurumları arasında əməkdaşlıq mexanizmləri ilə tanış olub. Vollonqonq şəhərinin meri xanım Tanya Braun, Vollonqonq Universitetinin Vitse-kansler və Prezidenti Max Lu AO, eləcədə İllavarra regionunun işgüzar dairələrinin nümayəndələri ilə görüşlərdə regionun innovasiya ekosisteminin inkişafı və bu sahədə əməkdaşlıq imkanları müzakirə olunub.

Tarix
2026.11.26 / 15:48
Müəllif
Axar.az
Digər xəbərlər

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

Bakıya yox, Azərbaycanın bu şəhərinə gedəcəm - Simonyan

Bu, həyata keçirəcəyimiz ən böyük layihədir

Azərbaycan nümayəndə heyəti Ermənistanda - Foto

Azərbaycanda “Temu” ya qadağan ediləcək, ya da...

Bakıdan sarsıdıcı zərbə olmasaydı...

Zəngəzur dəhlizi Şərqlə Qərb arasında... - Nazir

Nisanov Moskvada beşulduzlu otelini təqdim etdi

Sərhəddə azərbaycanlı sürücülər çətin vəziyyətdə - Video

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla