Yuxarı

Murad Ülkər “Azərsun Holdinq”in rəhbərliyi ilə görüşdü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Murad Ülkər “Azərsun Holdinq”in rəhbərliyi ilə görüşdü

Türkiyəli iş adamı Murad Ülkər Bakıya səfəri çərçivəsində “Azərsun Holdinq”in qonağı olub.

Axar.az xəbər verir ki, 2 günlük səfər çərçivəsində “Azərsun Holdinq”in Baş İcraçı Direktoru Savaş Uzan və rəhbər heyət ilə keçirilən görüşlərdə tərəflər arasında mövcud əməkdaşlığın nəticələri dəyərləndirilib, tərəfdaşlığın inkişaf perspektivləri və gələcək dövr üzrə strateji hədəflər müzakirə edilib.

Səfər proqramı çərçivəsində Murad Ülkər üçün bazar ziyarəti də təşkil olunub. Ziyarət zamanı Azərbaycanın pərakəndə satış sektorundakı mövcud vəziyyət və “Ülkər” markasının yerli bazarda təmsil olunması ilə tanışlıq baş tutub.

Görüşlərdə uzunmüddətli və qarşılıqlı etimada əsaslanan işgüzar əlaqələrin əhəmiyyəti vurğulanıb, mövcud tərəfdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, “Azərsun Holdinq” və “Ülkər” arasında əməkdaşlıq 2019-cu ildən etibarən davam edir. “Ülkər” markasının Azərbaycandakı rəsmi distribütoru olan “Azərsun Holdinq” brendin geniş çeşiddə məhsullarının ölkə ərazisində distribüsiyasını və istehlakçılara çatdırılmasını təmin edir.

Tarix
2026.11.26 / 17:42
Müəllif
Axar.az
Digər xəbərlər

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edilib

Şimali Kiprdə gəmi qəzası: daha bir azərbaycanlı saxlanıldı

Elnur Məmmədov Avstraliyada səfərdədir

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

Bakıya yox, Azərbaycanın bu şəhərinə gedəcəm - Simonyan

Bu, həyata keçirəcəyimiz ən böyük layihədir

Azərbaycan nümayəndə heyəti Ermənistanda - Foto

Azərbaycanda “Temu” ya qadağan ediləcək, ya da...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla