Yuxarı

Xırdalandan Sumqayıta sərnişindaşıma nə vaxt bərpa ediləcək?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xırdalandan Sumqayıta sərnişindaşıma nə vaxt bərpa ediləcək?

Azərbaycan Dəmir Yolları QSC-nin (ADY) Xırdalan və Sumqayıt stansiyaları arasında sərnişindaşıma ilin sonuna qədər bərpa ediləcək.

Bu barədə Axar.az-a ADY-dən bildirilib.

Məlumata görə, hazırda Xırdalan–Biləcəri sahəsində körpünün təmiri davam etdirilir. Təmir işləri tam başa çatdıqdan və müəyyən hazırlıq işlərindən sonra ilin sonuna qədər Xırdalan–Sumqayıt xətti üzrə sərnişin daşımaları bərpa ediləcək.

"Dəmir yollarında sərnişin və yüklərin təhlükəsiz daşınması üçün dəmir yolu xətlərinin vəziyyəti xüsusi diaqnostika qatarı vasitəsilə mütəmadi olaraq yoxlanılır. Yoxlama zamanı aşkar edilən qüsur və çatışmazlıqlar qiymətləndirilir və aradan qaldırılması üçün operativ, planlı tədbirlər görülür. Xırdalan–Biləcəri sahəsində körpünün təmirinə də məhz bu qaydada qərar verilib. Əvvəlki yoxlamalar zamanı körpüdə təcili təmir tələb edən hər hansı qüsur müəyyən edilməyib. Növbəti diaqnostika zamanı isə körpüdə hərəkətin təhlükəsizliyini riskə ata və qatarların interval üzrə hərəkətinə mane ola biləcək qüsurlar aşkarlanıb və dərhal aradan qaldırılması üçün operativ müdaxilə qərarı qəbul edilib", - deyə səhmdar cəmiyyətio bəyan edib.

Tarix
2026.11.26 / 17:36
Müəllif
Axar.az
Digər xəbərlər

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edilib

Şimali Kiprdə gəmi qəzası: daha bir azərbaycanlı saxlanıldı

Elnur Məmmədov Avstraliyada səfərdədir

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

Bakıya yox, Azərbaycanın bu şəhərinə gedəcəm - Simonyan

Bu, həyata keçirəcəyimiz ən böyük layihədir

Azərbaycan nümayəndə heyəti Ermənistanda - Foto

Azərbaycanda “Temu” ya qadağan ediləcək, ya da...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla