Yuxarı

Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus bölməsi üçün Azərbaycan tarixi dərsliyində problem...

Rus bölməsində bəzi şagirdlər Azərbaycan dilindəki tarixi terminləri anlamaqda çətinlik çəkirlər.

Axar.az Trend-ə istinadla xəbər verir ki, bu barədə fizika fənni üzrə dərslik müəllifi Rasim Abdurazaqov Elm və Təhsil Nazirliyinin dəstəyi, “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilən “Elm və təhsil sahəsi üzrə media savadlılığının artırılmasına dəstək” layihəsi çərçivəsində təşkil olunan “Dərsliklərin məzmunu” mövzusunda təlim-müzakirə sessiyasında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan tarixi dərsliyi Təhsil İnstitutunun kuratorluğu ilə hazırlanmayıb və özəl nəşriyyat tərəfindən nəşr olunub. Bununla belə, rus bölməsində Azərbaycan dilində tədris olunan fənn üzrə dərsliyin pilot tətbiqi və monitorinqi Təhsil İnstitutuna həvalə edilib.

“Monitorinq çərçivəsində Mingəçevir, Gəncə və Ağdaşda dərslərdə iştirak edib. Müşahidələr zamanı rus bölməsində təhsil alan bəzi şagirdlərin Azərbaycan dilindəki ayrı-ayrı termin və ifadələri anlamaqda çətinlik çəkdiyi üzə çıxıb.

Gəncədə keçirilən dərslərdən birində şagird Mirzə Ələkbər Sabirin şeirində işlənən “dəngəsər” sözünün mənasını müəllimdən soruşub. Monitorinq qrupunun üzvləri də bu kimi sözlərin izahının dərslikdəki lüğət bölməsində verilməsini tövsiyə ediblər”.

R.Abdurazaqov əlavə edib ki, monitorinq zamanı müəllimlərin tarixi hadisələri şagirdlərə izah etmək bacarığı da diqqət çəkib. Əvvəlcədən xəbərdarlıq edilmədən keçirilən müşahidələrdə müəllimlərin mövzuları ətraflı izah etdiyi, şagirdlərin isə dərs prosesində fəal iştirak edərək əlavə suallar verdiyi müşahidə olunub.

O, həmçinin Təhsil İnstitutunda hazırlanan dərsliklərin dil mütəxəssisləri, redaktorlar və Elm və Təhsil Nazirliyinin dilçiləri tərəfindən yoxlanıldığını vurğulayıb.

Tarix
2026.11.26 / 17:48
Müəllif
Axar.az
Digər xəbərlər

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edilib

Şimali Kiprdə gəmi qəzası: daha bir azərbaycanlı saxlanıldı

Elnur Məmmədov Avstraliyada səfərdədir

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

Bakıya yox, Azərbaycanın bu şəhərinə gedəcəm - Simonyan

Bu, həyata keçirəcəyimiz ən böyük layihədir

Azərbaycan nümayəndə heyəti Ermənistanda - Foto

Azərbaycanda “Temu” ya qadağan ediləcək, ya da...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla