Yuxarı

Tiktokda avtokredit vədi ilə dələduzluq edən şəxs saxlanıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tiktokda avtokredit vədi ilə dələduzluq edən şəxs saxlanıldı

Bakıda avtomobillərin sərfəli şərtlərlə kreditə satılması barədə sosial şəbəkədə yerləşdirilən elan vətəndaşların aldadılması ilə nəticələnib.

Daxili İşlər Nazirliyindən Axar.az-a verilən məlumata görə, Tiktokda yaradılan avtosalon səhifəsində müxtəlif markalı avtomobillərin ucuz qiymətə, ilkin ödənişsiz və yalnız şəxsiyyət vəsiqəsi əsasında kreditlə satıldığı bildirilib.

Elanlarla maraqlanan vətəndaşlar səhifənin mesaj bölməsi vasitəsilə əlaqə saxlayaraq avtomobillər barədə məlumat alıblar. Daha sonra onlara beh və ilkin ödəniş adı ilə müxtəlif məbləğlər göndərmək təklif olunub.

Avtomobil almaq ümidi ilə göstərilən bank kartına pul köçürən şəxslər isə qısa müddət sonra ya səhifə tərəfindən bloklanıb, ya da zəng və mesajlarına cavab verilməyib.

Aldadıldıqlarını anlayan vətəndaşlar bu barədə polisə müraciət ediblər.

Polisin keçirdiyi tədbirlərlə dələduzluq edən N.Əlizadə müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

"Vətəndaşlara bir daha müraciət edirik ki, sosial şəbəkələrdə “yalnız şəxsiyyət vəsiqəsi ilə avtokredit” və “ilkin ödənişsiz avtomobil” vədləri ilə yayılan elanlara qarşı diqqətli olsunlar. Satıcının kimliyini və elanın həqiqiliyini yoxlamadan, avtomobilə, onun sənədlərinə baxmadan beh və ya ilkin ödəniş adı ilə pul köçürməsinlər. Belə hallarla üzləşdikdə dərhal polisə müraciət etmək tövsiyə olunur", - DİN-dən bildirilib.

Tarix
2026.11.26 / 18:13
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edilib

Şimali Kiprdə gəmi qəzası: daha bir azərbaycanlı saxlanıldı

Elnur Məmmədov Avstraliyada səfərdədir

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

Bakıya yox, Azərbaycanın bu şəhərinə gedəcəm - Simonyan

Bu, həyata keçirəcəyimiz ən böyük layihədir

Azərbaycan nümayəndə heyəti Ermənistanda - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla