Yuxarı

Tramp Rutte ilə Ukrayna və İranı müzakirə etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp Rutte ilə Ukrayna və İranı müzakirə etdi

ABŞ Prezidenti Donald Tramp və NATO-nun baş katibi Mark Rutte müdafiə xərcləri, silah istehsalı ilə bağlı məsələləri, eləcə də beynəlxalq vəziyyəti müzakirə ediblər.

Axar.az xəbər verir ki, bu barədə Donald Tramp özünün “Truth Social” hesabında paylaşaraq bildirib.

Onun sözlərinə görə, Floridadakı Mar-a-Laqo iqamətgahında keçirilən görüş məhsuldar olub. Danışıqlarda Rusiya-Ukrayna müharibəsi və İrandakı münaqişə əsas müzakirə mövzuları olub.

Tərəflər, həmçinin Haaqa və Ankarada keçirilən sammitlərdə ABŞ və NATO-nun əldə etdiyi nəticələri müzakirə ediblər.

ABŞ Prezidenti Rusiya və Ukraynanın müharibənin qəsdən və ya təsadüfən genişlənməsinə səbəb ola biləcək addımlardan çəkinməsinin vacibliyini vurğulayıb. O, müharibənin mümkün qədər tez sülh yolu ilə başa çatdırılmasının zəruriliyini ətraflı müzakirə ediblər.

Görüşdə müdafiə xərcləri və ABŞ-da, eləcə də NATO ölkələrində müdafiə sənayesinə investisiyalar məsələsi də müzakirə olunub.

Tramp NATO rəhbərliyinə ABŞ-ın müdafiə şirkətlərinin hazırda tikilməkdə olan 20-dən çox yeni istehsal müəssisəsində gördüyü işlər barədə məlumat verdiyini bildirib.

Onun sözlərinə görə, bu müəssisələrdə “Patriot” və THAAD hava hücumundan müdafiə sistemləri, “Tomahawk” raketləri, eləcə də ictimaiyyətə və digər ölkələrə hələ təqdim edilməmiş yeni hücum və müdafiə silahları istehsal olunacaq.

Tramp ABŞ-ın hazırda tarixinin ən böyük həcmdə hərbi texnika və sursat istehsalını həyata keçirdiyini iddia edib. O əlavə edib ki, istehsal ehtiyatları tam formalaşdıqdan sonra ABŞ-ın müttəfiqləri və tərəfdaşları da bundan faydalanacaqlar.

Tarix
2026.11.26 / 20:07
Müəllif
Axar.az
Digər xəbərlər

Sülh körpüsü: Altı istiqamət üzrə komitələr yaradılacaq

Estoniya XİN rəhbəri Azərbaycana gəlir

Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edilib

Şimali Kiprdə gəmi qəzası: daha bir azərbaycanlı saxlanıldı

Elnur Məmmədov Avstraliyada səfərdədir

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

Bakıya yox, Azərbaycanın bu şəhərinə gedəcəm - Simonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla