Yuxarı

ABŞ Rusiya-Ukrayna müharibəsinə qoşula bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ Rusiya-Ukrayna müharibəsinə qoşula bilər

Rumıniya Hərbi Dəniz Qüvvələri Qara dənizdə iştirak etmədikləri müharibənin ölümcül izlərini daim axtarır. Bu, Rusiya-Ukrayna müharibəsinin əksər insanların nadir hallarda görə bildiyi cəbhələrindən biridir.

Axar.az xəbər verir ki, bu barədə “CBS Nyus” məlumat yayıb.

Məlumata görə, müharibənin bu cəbhəsi NATO sərhədlərinə qədər uzanır, bəzən isə alyansın ərazi sularını da keçir. Bu isə NATO-nun, dolayısı ilə ABŞ-ın münaqişəyə cəlb olunması təhlükəsini yaradır.

NATO-nun hərbi məsələlər üzrə nümayəndəsi, polkovnik Martin Odonnell bildirib ki, Qara dənizdə pilotsuz uçuş aparatları, minalar və ticarət gəmiləri ilə bağlı insidentlərin sayı kəskin artıb.

Onun sözlərinə görə, 2025-ci ildə Qara dənizdə 50-dən az insident qeydə alındığı halda, cari ildə bu rəqəm artıq 400-500-ə çatıb:

“İnsidentlərin təxminən 10 dəfə artması dünya üzrə taxıl və yanacaq daşımalarının mühüm marşrutlarından biri üçün ciddi təhlükə yaradıb. Nəticədə bu su yolu Hörmüz boğazından daha təhlükəli marşrutlardan birinə çevrilib. Cari ildə Hörmüz boğazında 25 dənizçi, Qara dənizdə isə ən azı 40 nəfər həyatını itirib”.

Odonnell qeyd edib ki, Qara dəniz dünya ticarəti baxımından ən azı Hörmüz boğazı qədər, bəlkə də ondan daha böyük əhəmiyyət daşıyır:

“Yanacaq və ərzaq tədarükündə yaranan istənilən pozuntu qlobal nəticələrə səbəb ola bilər. Bunun təsiri ABŞ-da da digər ölkələrdə olduğu qədər hiss edilə bilər”.

Tarix
2026.11.27 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Sərdar Cəlaloğlu gözünün içinə qədər yalan deyir

Sülh körpüsü: Altı istiqamət üzrə komitələr yaradılacaq

Estoniya XİN rəhbəri Azərbaycana gəlir

Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir

Simonyan Azərbaycan nümayəndə heyəti ilə görüşdü

Nəsimi Musayevin həbs müddəti daha 3 ay uzadıldı

Ermənistana 23,7 milyon dollarlıq məhsul ixrac edilib

Şimali Kiprdə gəmi qəzası: daha bir azərbaycanlı saxlanıldı

Elnur Məmmədov Avstraliyada səfərdədir

İran Naxçıvanla sərhədə hərbi texnika yığır? - Rəsmi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla