Raket qalıqları Meksikaya düşdü - Prezidentdən sərt reaksiya
01:23
| Ana səhifə Planet |
|
Meksika ABŞ-ın “SpeysX” şirkətinə sanksiyalar tətbiq edə bilər.
Axar.az xəbər verir ki, bu barədə Meksika Prezidenti Klaudiya Şeynbaum bildirib.
Prezident “SpeysX” şirkətinin raket qalıqlarının ölkə sularına düşməsi barədə danışarkən deyib:
“ABŞ səfirliyinin nümayəndələri ilə görüş keçirdik. Bu məsələni şirkətlə deyil, ABŞ hökuməti ilə həll etmək lazımdır. Raket qalıqlarının milli sularımıza düşməsi səbəbindən şirkətə qarşı sanksiyalar tətbiq oluna bilər”.
Qeyd edək ki, hadisə noyabrın 13-də Meksika sərhədi yaxınlığında, Teksasdakı "Starbase" platformasından "Starship" gəmisinin buraxılışından sonra baş verib. Sürətləndiricinin partlamasından sonra dalğalar qalıqları Matamorosdakı çimərliyə vurmağa başlayıb.
|
Tarix
2026.11.27 / 01:23
|
Müəllif
Axar.az
|