Yuxarı

Firadan DİN-ə oğurluq ittihamı: nə baş verir? - Video/fakt

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Firadan DİN-ə oğurluq ittihamı: nə baş verir? - Video/fakt

Aparıcı Fira Cəlilovanın bağ evində oğurluq edildiyi iddiası ilə yaydığı görüntü ilk baxışdan mübahisəli idi.

Axar.az xəbər verir ki, aparıcı bağ evlərinə basqın edildiyi barədə yaydığı kadrlara şərhində “oğruların” 5 maşınla gəldiyi, 15 nəfər olduğunu iddia edir.

Yaydığı kadrlarda doğrudan da 5 maşın və 15-ə yaxın şəxs görünür. Ancaq 5 maşının işıqları yanır, qapıları açıqdır, sərbəst hərəkət edirlər. Tam əminliklə demək olar ki, Fira Cəlilova da belə oğrular və bu cür oğurluq olmadığını çox yaxşı təxmin edir. Aparıcı adı kimi əmindir ki, basqın edənlər oğru deyil, oğru ola bilməz.

Amma cidd-cəhdlə onların istifadə etdikləri avtomobillərin nömrələrinin də bilindiyini elan edir və hüquq-mühafizə orqanlarından “kömək istəyir”.

Aparıcı basqın edən şəxslərin birinin əlində ling olduğuna diqqət çəkərək, “oğruların” soyuq silahla silahlandığını deyir.

Yalnız izləyicisinin səviyyəsizliyinə güclü inanan biri bu məntiqi düşüncəni ortaya ata bilər ki, 15 nəfərdən birinin əlindəki ling (lom) soyuq silah qismində istifadə olunmaq üçün gətirilib – yəni qətiyyən qapını qırmaq üçün deyilmiş!

Halbuki videoya baxan hər bir normal şəxs əməliyyat keçirildiyini, lazım olduğu halda qapının qırılması üçün avadanlıq da götürüldüyünü, şəraitə uyğun olaraq (bəlkə də duyuq salmamaq üçün) qapının qırılmasından vaz keçildiyi və hasardan aşıldığını təxmin edə bilər.

O 15 nəfər əməliyyatçı isə əlbəttə ki, “lom” deyillər və “lom”la da silahlanmayıblar: onların hərəsində bir və ya bir neçə silah olduğuna (hələ maşınlardakı daha ağır silah ehtimalını bir kənara qoyaq) kimsə şübhə etməməlidir. Əgər 15 adam 5 maşınla, heç nədən çəkinmədən basqın edirsə, silahları “lom” olmur.

Aparıcı iddia edir ki, evdən üç mobil telefon, təxminən 20 min manat dəyərində qədimi boyunbağı, 10 min manat dəyərində bir cüt brilyant sırğa, həmçinin domofon sistemi, müşahidə kameraları və digər elektron avadanlıqlar oğurlanıb.

15 nəfərin keçirdiyi əməliyyatda hansısa boyunbağının oğurlandığını iddia etmək isə artıq Daxili İşlər Nazirliyinə qarşı təhlükəli ittihamdır. Məsələ burasındadır ki, DİN basqınçıların əməliyyatçılar olduğunu və şübhəli şəxsin ələ keçirilməsi üçün əməliyyat aparıldığını, şübhəli Əlihüseyn Hüseynovun yaxalandığını bildirəndən sonra belə Fira Cəlilova oğurlanan zinət əşyalarını geri tələb etməyə davam etdi.

I sitat: “Daxili İşlər Nazirliyindən rəsmi cavab gözləyirəm ki, görüm məsələ nədir… Cinayətkar harada olub? Həyətimizdə olubsa, adam qapını döyüb içəri girər, anama deyər ki, rahat olun, xanım. Anamın telefonları niyə götürülüb? Övladımın telefonu niyə götürülüb? Niyə zinət əşyaları götürülüb? Həyətdə nə baş verib? Kameraları çıxarıblar deyə küçədəki kamera olmasaydı, heç birini sübut edə bilməyəcəkdim, məsələ oğurluq hadisəsi kimi itib gedəcəkdi” (Pravda.az).

II sitat: “Mən indi Daxili İşlər Nazirliyini axtarıram ki, görüm bu açıqlamanı hansı əsasla yayıblar. Evdən oğurlanan telefonlar, anamın boyunbağısı haradadır?” (Anyus.az).

Bu, dolayısı ilə əməliyyatçıların oğurluq etdiyinin elanıdır!

Yeri gəlmişkən: son video-müraciətində aparıcı “ola bilsin ki” qonşuya əməliyyat təşkil edildiyi, onların evindən istifadə edildiyi ehtimalını irəli sürür, evdəki şəxslərin telefonlarının əllərindən alındığını bildirir.

Əlavə olaraq vurğulayır ki, evində yarımtikili yoxdur, yarımtikili qonşudadır, “özlərini təqdim etməyən şəxslər” həyətə girəndən sonra anası işıqları yandırıb, telefonla çəkməyə başlayıb, bundan sonra əməliyyatçılar evə girib, anasının 2, övladının 1 telefonunu alıb və evin müşahidə kameralarının yaddaş kartlarını götürüblər.

Bəs, “domofon sistemi, müşahidə kameraları və digər elektron avadanlıqlar” oğurlanmamışdı?

Bəs, oğurlanan “təxminən 20 min manat dəyərində qədimi boyunbağı, 10 min manat dəyərində bir cüt brilyant sırğa” hardadır?

Aparıcı həmçinin sual edir ki, əgər şübhəlini gizlədibsə, niyə saxlanılmayıb?

Hələ ki, DİN rəsmi olaraq müxtəlif cinayətlər törətməkdə şübhəli bilinən Əlihüseyn Hüseynovu məhz Fira Cəlilovanın evində gizlədildiyini elan etməyib, rəsmi məlumatda “Novxanıda evlərdən birində gizlənən” ifadəsindən istifadə edilib.

Buna baxmayaraq, DİN ciddi suçlamaya, əməliyyata ziyan gətirən təbliğata, hətta oğurluq ittihamına məruz qalıb.

Bu, ciddi ittihamdır və nüfuz məsələsidir!

Tarix
2026.11.27 / 13:04
Müəllif
Şeyx Teymur
Digər xəbərlər

Azərbaycan və Estoniya XİN başçıları görüşdü

Bakıda Estoniya səfirliyinin rəsmi açılış mərasimi keçirildi

Estoniya XİN rəhbərinin rəsmi qəbulu ilə bağlı videoçarx

Milli Məclisin iclası başladı

Prezident Marqus Tsaxnanı qəbul etdi

"Sülh körpüsü": Yaradılan komitələrdə müzakirələr keçirildi

Marqus Tsaxna Bakıda səfərdədir

Sərdar Cəlaloğlu gözünün içinə qədər yalan deyir

Sülh körpüsü: Altı istiqamət üzrə komitələr yaradılacaq

Estoniya XİN rəhbəri Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla