Yuxarı

Nümayəndə heyətimiz Kostanyanla görüşdü - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nümayəndə heyətimiz Kostanyanla görüşdü - Foto

Bu gün Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan “Sülh körpüsü” təşəbbüsü çərçivəsində keçirilən dəyirmi masa formatında müzakirələrin beşinci raundunda erməni və azərbaycanlı iştirakçılarla görüşüb.

Axar.az xəbər verir ki, görüş zamanı iştirakçılar Vahan Kostanyana onları maraqlandıran sualları ünvanlayıblar.

Tərəflər arasında fikir və mülahizələr mübadiləsi aparılıb.

Qeyd edək ki, Ermənistanda “Sülh körpüsü” təşəbbüsünün beşinci görüşü başlayıb. Görüşdə Ermənistan və Azərbaycandan ümumilikdə 60 vətəndaş cəmiyyəti nümayəndəsi iştirak edir. “Sülh körpüsü” təşəbbüsü çərçivəsində bu il noyabrın 26–27-də Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə geniş tərkibli ikitərəfli dəyirmi masa müzakirəsi keçiriləcək. Müzakirələr 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyini, Azərbaycan-Ermənistan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılmasına yönəlmiş təşəbbüsləri, iki cəmiyyət arasında qarşılıqlı etimadın yaradılması və inkişaf etdirilməsi tədbirlərini, Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlığın, ticarətin və bağlantı marşrutlarının yaradılması imkanlarını, humanitar məsələləri, gənclərlə işi və təhsil sahəsini, həmçinin iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması perspektivlərini əhatə edəcək.

Tarix
2026.11.27 / 14:50
Müəllif
Axar.az
Digər xəbərlər

Simonyan səfəri zamanı bu məsələyə aydın cavab verməlidir...

Gürcü polisi türk azarkeşləri vəhşicəsinə döydü - Video

Bayramovdan ATƏT açıqlaması: Bakı buna hazırdır

Firadan DİN-ə oğurluq ittihamı: nə baş verir? - Video/fakt

Azərbaycan və Estoniya XİN başçıları görüşdü

Bakıda Estoniya səfirliyinin rəsmi açılış mərasimi keçirildi

Estoniya XİN rəhbərinin rəsmi qəbulu ilə bağlı videoçarx

Milli Məclisin iclası başladı

Prezident Marqus Tsaxnanı qəbul etdi

"Sülh körpüsü": Yaradılan komitələrdə müzakirələr keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla