Yuxarı

Anar Əliyev Naxçıvanda vətəndaşları qəbul etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Anar Əliyev Naxçıvanda vətəndaşları qəbul etdi

Özünüməşğulluq proqramı çərçivəsində Naxçıvanda qurulmuş kiçik təsərrüfatlara baxış keçirilib.

Axar.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Naxçıvan şəhərində Naxçıvan Muxtar Respublikasının sakinlərini qəbul edib.

Qəbuldan əvvəl Anar Əliyev və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qəbul zamanı vətəndaşlar məşğulluq, əlillik, pensiya, reabilitasiya və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında müharibə iştirakçıları da olub. Hər bir müraciət fərdi qaydada araşdırılıb və nəticəsinə uyğun tədbirlər görülüb.

Sorğu xarakterli müraciətlərlə bağlı qanunvericiliyə uyğun izahatlar verilib. Vətəndaşlar müraciətləri əsasında aktiv məşğulluq proqramlarına, habelə özünüməşğulluq proqramına cəlb edilmələri üçün qeydiyyata alınıblar.

Özünüməşğulluq proqramı üzrə Naxçıvan sakinləri Yolçuyev Asiman Məhərrəm oğlu və Həsənova Röya Valeh qızı üçün qurulmuş kiçik təsərrüfatlara baxış da keçirilib. Proqram çərçivəsində aktivlər verilməklə Asiman Yolçuyev üçün dülgər sexi, Röya Həsənova üçün isə qadın gözəllik salonu üzrə kiçik təsərrüfatlar qurulub.

Onlar işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması, öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, ötən dövrdə özünüməşğulluq proqramı çərçivəsində muxtar respublikada 3453 şəxs üçün kiçik ailə təsərrüfatları qurulub.

Tarix
2026.11.27 / 15:43
Müəllif
Axar.az
Digər xəbərlər

İranda bu şəxslər Azərbaycana qarşı... - Süleymani

Nümayəndə heyətimiz Kostanyanla görüşdü - Foto

Simonyan səfəri zamanı bu məsələyə aydın cavab verməlidir...

Gürcü polisi türk azarkeşləri vəhşicəsinə döydü - Video

Bayramovdan ATƏT açıqlaması: Bakı buna hazırdır

Firadan DİN-ə oğurluq ittihamı: nə baş verir? - Video/fakt

Azərbaycan və Estoniya XİN başçıları görüşdü

Bakıda Estoniya səfirliyinin rəsmi açılış mərasimi keçirildi

Estoniya XİN rəhbərinin rəsmi qəbulu ilə bağlı videoçarx

Milli Məclisin iclası başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla