Yuxarı

Dövlət Komitəsində “Açıq qapı” günü keçirildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dövlət Komitəsində “Açıq qapı” günü keçirildi

Noyabrın 27-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində vətəndaş cəmiyyəti nümayəndələri üçün “Açıq qapı” günü keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Bakıda və regionlarda fəaliyyət göstərən QHT-lərin rəhbərləri, Dövlət Komitəsi yanında İctimai Şuranın üzvləri iştirak ediblər.

Qonaqlar Dövlət Komitəsinin Monitorinq, Qayıdışın qeydiyyatı və təşkili şöbələrinin, “Qaynar xətt” xidmətinin fəaliyyəti ilə yerində tanış olublar. Onlara həmin struktur bölmələrində görülən işlər barədə ətraflı məlumat verilib.

Sonra tədbir iştirakçıları Komitənin rəhbər şəxslərinin iştirakı ilə “dəyirmi masa” formatında fikir mübadiləsi aparıb, Böyük Qayıdış prosesinin təşkili ilə bağlı rəy və təkliflərini bildiriblər.

Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri, Birinci vitse-prezident Mehriban Əliyevanın bu istiqamətdə həyata keçirdiyi fəaliyyət, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına mərhələli və təhlükəsiz qayıdışının təmin edilməsi, yeni yaşayış məntəqələrinin salınması, müasir infrastrukturun yaradılması, eləcə də qayıdan əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən işlər və qarşıda duran vəzifələr barədə geniş çıxış edən Dövlət Komitəsinin sədri Rövşən Rzayev qurumun ictimaiyyətlə, vətəndaş cəmiyyəti institutları ilə əlaqələrə daim xüsusi diqqət yetirdiyini, onlarla əməkdaşlığa yüksək dəyər verdiyini bildirib. Dövlət Komitəsi yanında İctimai Şuranın səmərəli fəaliyyəti qeyd edilib.

“Dəyirmi masa”da müzakirələrdə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov, Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Anar Xəlilov, QHT rəhbərləri komitənin fəaliyyət istiqamətləri, vətəndaş müraciətləri ilə işin təşkili, Böyük Qayıdış prosesi və ictimaiyyətlə əlaqələrin inkişafı məsələləri barədə fikirlərini söyləyiblər.

“Açıq qapı” gününün keçirilməsində məqsəd Dövlət Komitəsinin fəaliyyəti barədə ictimaiyyətin məlumatlandırılması, struktur bölmələrinin iş prinsiplərinin daha yaxından tanıdılması, eləcə də vətəndaş cəmiyyəti nümayəndələri ilə qarşılıqlı əməkdaşlığın və açıq dialoqun daha da inkişaf etdirilməsidir.

Tarix
2026.11.27 / 16:11
Müəllif
Axar.az
Digər xəbərlər

Moskvanın Zəngəzurla bağlı təhdidi: Rusiyanın planı nədir?

İranda bu şəxslər Azərbaycana qarşı... - Süleymani

Nümayəndə heyətimiz Kostanyanla görüşdü - Foto

Simonyan səfəri zamanı bu məsələyə aydın cavab verməlidir...

Gürcü polisi türk azarkeşləri vəhşicəsinə döydü - Video

Bayramovdan ATƏT açıqlaması: Bakı buna hazırdır

Firadan DİN-ə oğurluq ittihamı: nə baş verir? - Video/fakt

Azərbaycan və Estoniya XİN başçıları görüşdü

Bakıda Estoniya səfirliyinin rəsmi açılış mərasimi keçirildi

Estoniya XİN rəhbərinin rəsmi qəbulu ilə bağlı videoçarx

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla