Yuxarı

“Sülh körpüsü”: ikitərəfli dəyirmi masa başa çatdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Sülh körpüsü”: ikitərəfli dəyirmi masa başa çatdı

Noyabrın 26–27-də Ermənistanın Dilican şəhərində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən “Sülh körpüsü” təşəbbüsünün beşinci ikitərəfli dəyirmi masası başa çatıb.

Axar.az xəbər verir ki, “Sülh körpüsü” təşəbbüsü adından yayılan açıqlamada iki günlük görüşdə hər iki ölkədən ictimai təşkilatların, media və analitik-ekspert dairələrinin ümumilikdə 60-a yaxın nümayəndəsinin iştirak etdiyi bildirilib.

Görüş zamanı 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sammitdə təsdiqlənmiş sülh gündəliyi, Ermənistan-Azərbaycan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılması imkanları, eləcə də iki cəmiyyət arasında qarşılıqlı etimadın artırılmasına yönəlmiş mümkün addımlar müzakirə olunub.

İştirakçılar Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlıq, ticarət və kommunikasiya marşrutlarının yaradılması imkanları, humanitar məsələlər, gənclərlə iş, təhsil və iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması ətrafında fikir mübadiləsi aparıblar.

Dəyirmi masa çərçivəsində iştirakçılar Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan və xarici işlər nazirinin müavini Vaan Kostanyanla da görüşüblər. Görüşdə onlara suallar ünvanlanıb, fikir və mövqelər müzakirə edilib.

Tədbir çərçivəsində komissiyalar formatında da iş aparılıb. İqtisadiyyat və infrastruktur, humanitar və ictimai məsələlər, ekologiya, media, təhsil, ictimai narrativlər və gənclərlə iş, eləcə də siyasi və geosiyasi məsələlər üzrə müzakirələr keçirilib.

Tarix
2026.11.27 / 17:07
Müəllif
Axar.az
Digər xəbərlər

Moskvanın Zəngəzurla bağlı təhdidi: Rusiyanın planı nədir?

İranda bu şəxslər Azərbaycana qarşı... - Süleymani

Nümayəndə heyətimiz Kostanyanla görüşdü - Foto

Simonyan səfəri zamanı buna aydın cavab verməlidir...

Gürcü polisi türk azarkeşləri vəhşicəsinə döydü - Video

Bayramovdan ATƏT açıqlaması: Bakı buna hazırdır

Firadan DİN-ə oğurluq ittihamı: nə baş verir? - Video/fakt

Azərbaycan və Estoniya XİN başçıları görüşdü

Bakıda Estoniya səfirliyinin rəsmi açılış mərasimi keçirildi

Estoniya XİN rəhbərinin rəsmi qəbulu ilə bağlı videoçarx

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla