Yuxarı

Avropa Komissiyasının nümayəndələri Bakı Limanında

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa Komissiyasının nümayəndələri Bakı Limanında

Azərbaycan Dəmir Yollarının (ADY) rəhbərliyi Bakı Beynəlxalq Dəniz Limanında Avropa Komissiyasının Mobillik və Nəqliyyat Baş Direktoratlığının nümayəndə heyəti ilə görüş keçirib.

Axar.az xəbər verir ki, görüşdə mobillik və nəqliyyat sahəsində, eləcə də beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı istiqamətində əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.

ADY sədri Rövşən Rüstəmov Avropa Komissiyasının nümayəndələrinə Azərbaycanın tranzit potensialı, dəmir yolu və liman infrastrukturunun inkişafı üzrə həyata keçirilən layihələr, eləcə də Bakı Limanının fəaliyyəti və yükdaşıma imkanları barədə məlumat verib.

Bakı Limanının Orta Dəhliz üzrə yük əməliyyatlarının səmərəli təşkilində, multimodal daşımaların inkişafında və Avropa ilə Asiya arasında nəqliyyat bağlantılarının gücləndirilməsində mühüm rolu diqqətə çatdırılıb.

Avropa Komissiyasının Mobillik və Nəqliyyat Baş Direktorluğunun rəhbəri Maqda Kopçinska Azərbaycanın regionun nəqliyyat-logistika sistemində strateji mövqeyini qeyd edərək dayanıqlı, təhlükəsiz və səmərəli nəqliyyat bağlantılarının inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Həmçinin Orta Dəhlizin potensialından daha səmərəli istifadə olunması istiqamətində əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd edilib.

Görüşdə qarşılıqlı təcrübə mübadiləsinin və nəqliyyat sahəsində birgə təşəbbüslərin təşviq edilməsinin əhəmiyyəti vurğulanıb. Gələcək əməkdaşlıq perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qonaqlar Bakı Limanının fəaliyyəti ilə tanış olublar.

Tarix
2026.11.27 / 17:34
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan ilk dəfə MDB-nin sədri olacaq - Lebedev

“Sülh körpüsü”: ikitərəfli dəyirmi masa başa çatdı

Moskvanın Zəngəzurla bağlı təhdidi: Rusiyanın planı nədir?

İranda bu şəxslər Azərbaycana qarşı... - Süleymani

Nümayəndə heyətimiz Kostanyanla görüşdü - Foto

Simonyan səfəri zamanı buna aydın cavab verməlidir...

Gürcü polisi türk azarkeşləri vəhşicəsinə döydü - Video

Bayramovdan ATƏT açıqlaması: Bakı buna hazırdır

Firadan DİN-ə oğurluq ittihamı: nə baş verir? - Video/fakt

Azərbaycan və Estoniya XİN başçıları görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla