Vernidub Sadıqovla yaşanan gərginlikdən danışdı
23:11
| Ana səhifə İdman |
|
Mənimlə Sadıqov arasında heç nə olmayıb. Bəlkə də onda nəsə olub, məndə heç nə yoxdur.
Axar.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Yuri Vernidub “Zirə”dəki həmkarı Rəşad Sadıqovla aralarında yaşanan gərginliyə münasibət bildirərkən deyib.
“Mən davakar insan deyiləm, sakitəm. Ona qarşı heç bir iradım yoxdur. Sadəcə oyun zamanı bəzi epizodlara görə emosional reaksiya verdim, amma hər şey mədəni çərçivədə olub. Bu mövzunu birdəfəlik bağlamaq lazımdır", - Y.Vernidub qeyd edib.
|
Tarix
2026.11.27 / 23:11
|
Müəllif
Axar.az
|