Millimizin hücumçusu "İnter"ə transfer ola bilər
21:23
| Ana səhifə İdman |
|
İtaliyanın “Sampdoriya” klubunun və Azərbaycanın U-21 millisinin hücumçusu Lorenso Mezzotero Milan "İnter"inə keçə bilər.
Axar.az Qol.az-a istinadən xəbər verir ki, bu barədə tanınmış insayder Nikolo Skira məlumat yayıb.
O, İtaliya nəhənginin "Sampdoriya"nın əsas komandasında son 4 oyuna 4 qol vuran 18 yaşlı hücumçunu izlədiyini bildirib. Qeyd edib ki, "İnter" son həftələrdə "Sampdoriya"nın oyunlarını izləmək üçün bir neçə skaut göndərib.
Mezzotero bu mövsüm B seriyasında 6 matçda 4 qol vurub.
Qeyd edək ki, "Sampdoriya" ötən həftə Mezzotero ilə 2030-cu ilin iyununa qədər olan yeni müqavilə imzalayıb.
|
Tarix
2026.11.27 / 21:23
|
Müəllif
Axar.az
|