Yuxarı

Silahlı şəxslər kəndə hücum etdi: 17 sakin öldürüldü

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Silahlı şəxslər kəndə hücum etdi: 17 sakin öldürüldü

Nigeriyanın mərkəzi hissəsində yerləşən Plato ştatında silahlı şəxslərin kəndə hücumu nəticəsində 17 sakin həlak olub, 4 nəfər yaralanıb.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” agentliyi ştat polisinə istinadla məlumat yayıb.

Plato ştatı polisinin sözçüsü Alfred Alabonun bəyanatında bildirilib ki, hücum edənlər çərşənbə günü Bassa yerli idarəetmə rayonunun Tafiqana kəndinə basqın edərək atəş açıb, hüquq-mühafizə orqanlarının əməkdaşları yaxınlaşdıqda isə hadisə yerindən qaçıblar.

Ştat hökumətinin sözçüsü Coys Lohya Ramnap sakinləri təmkinli olmağa çağırıb:

“Hökumət vətəndaşlara müraciət edərək qisas aktlarından, qızışdırıcı bəyanatlardan və gərginliyi artıra biləcək təsdiqlənməmiş məlumatların yayılmasından çəkinməyə çağırır”.

Qeyd edək ki, Nigeriyanın Orta Qurşaq bölgəsində yerləşən Plato ştatında uzun illərdir torpaq, otlaq hüquqları və resurslar uğrunda mübahisələr zəminində zorakılıq halları baş verir və bu münaqişələr çox vaxt etnik və dini ziddiyyətlərlə daha da kəskinləşir.

Tarix
2026.11.28 / 01:38
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

Yeni şöbə yaradıldı, Rəsulov müdir təyin olundu

Dövlət Proqramında səmərəsiz xərclərə yol verilib - HP

Azərbaycan ilk dəfə MDB-nin sədri olacaq - Lebedev

“Sülh körpüsü”: ikitərəfli dəyirmi masa başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla