Yuxarı

Qanda şəkəri salmağın ən asan yolu...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qanda şəkəri salmağın ən asan yolu...

Əks göstəriş olmadığı təqdirdə, gündə 10-16 badam fındığı yemək faydalıdır.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, dosent Aleksandr Sozıkinin sözlərinə görə, badam vacib amin turşuları, zülal, yağ turşuları (Omeqa-3), lif, E, B2, B7, B9, B12 vitaminləri və digərləri, kalium, kalsium, xrom, manqan mis, maqnezium mənbəyidir.

Sozıkin qeyd edib ki, antioksidant mənbəyi olan badam qanda xolesterolun yığılmasının və aterosklerotik tıxanmaların əmələ gəlməsinin qarşısını alır. Onun gündəlik qəbulu qan təzyiqinin aşağı düşməsinə imkan verir.

Bu qozun digər faydalı xüsusiyyəti qan qlükoza balansına müsbət təsiridir. Bioloq Sozıkin bildirib ki, badam qan şəkərini aşağı salmaq üçün məhsul kimi istifadə edilə bilər:

"Badam qan şəkəri səviyyəsini aşağı salmaq üçün istifadə edilə bilər, çünki onlar maqnezium mənbəyidir, badam insulin müqavimətinin inkişafının qarşısını almağa imkan verir, xüsusən də qan şəkəri aşağı olan insanlar üçün faydalıdır”.

Bundan əlavə, badamın müntəzəm qəbulu anemiyanın qarşısını alır. Bu təsir qozun tərkibində dəmir və hemoglobin istehsalına kömək edən vitaminlər olması ilə əlaqədardır.

Tarix
2026.11.28 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

Yeni şöbə yaradıldı, Rəsulov müdir təyin olundu

Dövlət Proqramında səmərəsiz xərclərə yol verilib - HP

Azərbaycan ilk dəfə MDB-nin sədri olacaq - Lebedev

“Sülh körpüsü”: ikitərəfli dəyirmi masa başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla