Bakıda çayxanada 72 yaşlı kişi və oğlu bıçaqlandı
09:26
| Ana səhifə Toplum |
|
Bakının Sabunçu rayonunda ata və oğul bıçaqlanıb.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində yerləşən çayxanada baş verib.
Belə ki, 1985-ci il təvəllüdlü Fail Tofiq oğlu Məmmədov 72 yaşlı atası Tofiq Fail oğlu Məmmədovla birlikdə çayxanada əyləşərkən içəri daxil olan naməlum şəxs onlara bıçaqla hücum edib.
Nəticədə ata və oğul müxtəlif dərəcəli bıçaq xəsarətləri alıblar.
Yaralılar xəstəxanaya çatdırılıblar. Onların vəziyyəti orta ağır qiymətləndirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.
|
Tarix
2026.11.28 / 09:26
|
Müəllif
Axar.az
|