"Sədərək" və "Binə" bağlanır?
09:17
| Ana səhifə Planet |
|
Peruda Mi-17 hərbi helikopter qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, bu barədə "Peru21" qəzeti məlumat yayıb.
Bildirilib ki, qəza nəticəsində 8 hərbçi həlak olub. Ölənlər arasında Peru Hərbi Hava Qüvvələrinin 5, quru qüvvələrinin 3 hərbçisi var.
Məlumata görə, yalnız pilot sağ qalıb.
Hadisə Ayakuço bölgəsinin Kanayre dairəsində yerləşən Sanabamba şəhəri yaxınlığında hərbi əməliyyat zamanı baş verib. Helikopterin hərbi patrul üçün təxliyə əməliyyatında iştirak etdiyi bildirilir.
Qəzanın səbəbi hələ müəyyən edilməyib.
|
Tarix
2026.11.28 / 09:09
|
Müəllif
Axar.az
|