Yuxarı

Məhkəmə sənədləri 75 il arxivdə saxlanılacaq - Qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məhkəmə sənədləri 75 il arxivdə saxlanılacaq - Qərar

Azərbaycan məhkəmələrində daimi mühafizəsi nəzərdə tutulan arxiv sənədləri yarandığı tarixdən etibarən 75 il ərzində məhkəmə arxivlərində saxlanıldıqdan sonra dövlətin daimi mühafizəsinə təhvil veriləcək.

Axar.az Trend-ə istinadən xəbər verir ki, məhkəmələrin ədalət mühakiməsinin həyata keçirilməsi fəaliyyəti nəticəsində yaranan sənədlərlə arxiv işinin təşkili qaydalarına əsasən, arxiv sənədlərinin qorunması üçün məhkəmələrdə xüsusi otaqlar və ya ayrıca binalar ayrılmalıdır.

Sənədlərin mühafizəsinin təmin edilməsi üçün məsul şəxslər təyin olunmalı, arxiv otaqları və binalar xüsusi avadanlıqlarla təchiz edilməlidir. Bu məqsədlə qəfəslər, rəflər, seyflər, qutular, qovluqlar və digər müvafiq vasitələrdən istifadə olunmalıdır.

Bundan başqa, arxiv sənədlərinin saxlanıldığı otaq və binalarda yanğından mühafizə vasitələri və yanğın əleyhinə siqnalizasiya sistemləri quraşdırılmalıdır.

Sənədlərin uzun müddət qorunması üçün həmin yerlərdə optimal temperatur və rütubət şəraiti yaradılmalı, sanitar-gigiyena qaydalarına uyğun texniki vasitələrdən istifadə edilməlidir.

Tarix
2026.11.28 / 22:15
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla