Yuxarı

Mansur Yavaş prezidentliyə namizəd olacaq? – Özü danışdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mansur Yavaş prezidentliyə namizəd olacaq? – Özü danışdı

Prezidentliyə namizədliklə bağlı gündəmimiz yoxdur.

Axar.az xəbər verir ki, bunu Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş jurnalistlərə açıqlamasında deyib.

M.Yavaş qeyd edib ki, onun adının hallandığı prezidentliyə mümkün namizədliklə bağlı fərziyyələrin heç birində iştirakı yoxdur:

“Mənim iştirakım olmadan uydurulmuş bu ssenarilərin heç birinə aidiyyətim yoxdur. Beş il ərzində "namizəd kim olacaq?" mövzusunda müzakirələr getdi. Həmin seçki artıq geridə qalıb, indi isə eyni müzakirələr yenə davam edir. Bununla belə, biz Ankara Böyükşəhər Bələdiyyəsinin rəhbəriyik və Ankaranın həqiqətən də həllini gözləyən bir çox problemi var. Biz diqqətimizi bu məsələlərə yönəltmişik və bundan sonra da belə etməyə davam edəcəyik. Bizim qətiyyən belə bir gündəmimiz yoxdur. Gəlin açıq danışaq. Biz nə qüsursuz xidmət təqdim etdiyimizi iddia edirik, nə də vətəndaşların heç vaxt heç bir çətinliklə üzləşmədiyini deyirik. Nöqsanlarımızı görən bir vətəndaş dərhal soruşardı: "Ankaradakı işləri belə yoluna qoya bilmədiyiniz halda, bütün ölkəni idarə etməyəmi çalışırsınız?" Buna görə də, bizim belə bir gündəmimiz yoxdur”.

Qeyd edək ki, Mansur Yavaş Türkiyənin ən nüfuzlu siyasətçilərindəndir.

Tarix
2026.11.28 / 17:50
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla