Yuxarı

Zelenskidən əmr: Krım körpüsünü darmadağın edin

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zelenskidən əmr: Krım körpüsünü darmadağın edin

Ukrayna, Rusiya Prezidenti Vladimir Putinin “sevimli layihə”sini - Krım körpüsünü tamamilə məhv etməyə hazırlaşır.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Telegraf” hərbi mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Ukrayna Prezidenti Vladimir Zelenski məsələ ilə bağlı ordu komandanlığına birbaşa göstəriş verib. Ukrayna lideri körpünün qalan bütün hissəsinin tamamilə dağıdılmasını istəyir.

Qeyd edək ki, Ukrayna 10 gün əvvəl işğal altındakı Krımı Rusiya ilə birləşdirən körpüyə dron və raketlərlə zərbə endirib. Hava hücumu nəticəsində körpünün dördzolaqlı avtomobil yolu hissəsi dayaq tağı ilə birlikdə Kerç boğazının sularına çöküb.

“Telegrap”ın yazdığına görə, bu, Rusiyanın Krımda yerləşən qoşunlarını təchiz etmək imkanlarını ciddi şəkildə məhdudlaşdırıb.

Ukraynanın “Neptun” raketləri körpünün möhkəmləndirilmiş dəmir yolu hissəsinə də ciddi ziyan vurub.

“Prezident onun tamamilə məhv edilməsini istəyir”, - hərbi mənbə deyib.

O, artıq yeni zərbələrin hazırlandığını da bəyan edib.

Nəşrin fikrincə, bu, Zelenski üçün böyük siyasi qələbə olardı. Ukrayna prezidenti hazırda məhz bu yolla Rusiyanın Krım üzərində nəzarətini zəiflətməyə çalışır.

Xatırladaq ki, Krım körpüsü “Kerç körpüsü” kimi də tanınır. Vladimir Putin 2014-cü ildə Krımın qanunsuz ilhaqından sonra onun tikintisinə göstəriş verib. Körpünün açılışını isə 2018-ci ildə şəxsən idarə etdiyi yük maşını ilə 19 kilometrlik keçiddən keçməklə edib. 2022-ci ildə Ukraynaya qarşı genişmiqyaslı işğalın başlanmasından bəri Ukrayna Silahlı Qüvvələri dəfələrlə körpünü sıradan çıxarmağa cəhd edib. Məqsəd hər zaman eyni olub: Rusiyanın işğal altındakı yarımadaya və Ukraynanın cənubunda yerləşən qoşunlarına təchizat göndərmək imkanlarını məhdudlaşdırmaq. Amma bu cəhdlərin heç biri 2026-cı il noyabrın 18-dək uğurlu olmayıb.

Tarix
2026.11.28 / 15:44
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla