Yuxarı

Prezidentin təltif etdiyi Əhməd Vəliyev kimdir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin təltif etdiyi Əhməd Vəliyev kimdir?

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Əhməd Abdulkərim oğlu Vəliyevin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Axar.az xəbər verir ki, Ə.Vəliyev 1946-cı il noyabrın 29-da Qazax rayonunun Alpout kəndində anadan olub.

1964-cü ildə orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olub. Ali təhsilini başa vurduqdan sonra elmi və pedaqoji fəaliyyətlə məşğul olub.

1966-cı ildən Bakı Soyuducular Zavodunda fəhlə, mühəndis və böyük mühəndis vəzifələrində çalışıb. 1970-ci ildən Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda laborant, baş laborant, laboratoriya müdiri, müəllim, baş müəllim və dosent kimi fəaliyyət göstərib.

1990-cı ildən Bakı Sənaye-Pedaqoji Texnikumunun direktoru vəzifəsində çalışıb. 1995-ci ildə Odlar Yurdu Universitetinin əsasını qoyaraq onun təsisçisi olub. 1997-ci ildən isə həmin ali təhsil müəssisəsinin rektorudur.

Əhməd Vəliyev fizika-riyaziyyat elmləri doktoru, professordur. Nyu-York Elmlər Akademiyasının üzvü, Sosial və Pedaqoji Elmlər Akademiyasının həqiqi üzvüdür. Elmi fəaliyyəti çərçivəsində 15-dən çox monoqrafiya və dərsliyin, 50-dən çox elmi məqalənin müəllifi olub.

Onun ictimai-siyasi fəaliyyəti də olub. Yeni Azərbaycan Partiyasının üzvü olan Əhməd Vəliyev 2005–2010-cu illərdə III, 2010–2015-ci illərdə isə IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Parlamentdə Elm və təhsil komitəsinin fəaliyyətində iştirak edib, müxtəlif ölkələrlə parlamentlərarası əlaqələr üzrə işçi qruplarında təmsil olunub.

Əhməd Vəliyev 3 övlad atasıdır.

O, hazırda Odlar Yurdu Universitetinin rektoru vəzifəsində fəaliyyətini davam etdirir.

Tarix
2026.11.28 / 13:55
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

Yeni şöbə yaradıldı, Rəsulov müdir təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla