Yuxarı

Məşhur futbolçu mükafatlarını satır

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur futbolçu mükafatlarını satır

Maddi çətinliklərlə üzləşən Niderland millisinin sabiq futbolçusu Uesli Sneyder karyerası ərzində qazandığı mükafatları və ulduz oyunçularla dəyişdiyi formaları hərraca çıxarıb.

Axar.az Yeni Sabah-a istinadən xəbər verir ki, Sneyder 2025-ci ilin sonunda Türkiyədə daşınmaz əmlak fırıldağının qurbanı olduğunu bildirib və hərraca çıxarılan xatirə əşyalarının həmin hadisədə itirilən böyük məbləğdə vəsaitlə bağlı ola biləcəyi qeyd olunur.

Satışa çıxarılan ən diqqətçəkən eksponat Serxio Ramosun 2010-cu il Dünya Kubokunun finalında geyindiyi və qarşılaşmadan sonra Sneyderə hədiyyə etdiyi forma olub. Həmin forma 65 126 avro (54 459 funt sterlinq) qarşılığında braziliyalı kolleksiyaçı tərəfindən əldə edilib. Hərracda həmçinin 2010-cu il Dünya Kubokunun "Gümüş top" mükafatı 19 001 avroya, 2014-cü il Dünya Kubokunun bürünc medalı 6 500 avroya, 2014-cü ildə Niderland – Braziliya görüşündə istifadə olunan top 6 100 avroya, 2010-cu il mundialında İspaniyaya qarşı geyindiyi forma 5 000 avroya, 2014-cü il Dünya Kubokunda iştirak medalı isə 1 024 avroya alıcı tapıb.

Futbol tarixinin mühüm turnirlərinə aid bu xatirə əşyalarının satışa çıxarılması həm kolleksiyaçılar, həm də idman ictimaiyyəti tərəfindən böyük maraqla qarşılanıb.

Tarix
2026.11.28 / 14:04
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

Yeni şöbə yaradıldı, Rəsulov müdir təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla