Yuxarı

Maddi qazanc əldə etmək üçün sürət həddini aşırlar - Polis

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Maddi qazanc əldə etmək üçün sürət həddini aşırlar - Polis

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) skuter və velosiped sürücülərinin yol hərəkəti qaydalarına riayət etməsinə nəzarəti gücləndirib.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu BDYPİ-nin İctimai qurumlarla əlaqələr bölməsinin rəisi, polis kapitanı Elvin Hacıyev deyib.

O bildirib ki, son dövrlər paytaxt yollarında skuterlərdən istifadə halları geniş yayılıb:

"Skuter özü də nəqliyyat vasitəsidir. Skuterləri idarə edən bəzi şəxslər elə düşünürlər ki, yol hərəkəti qaydaları onlara şamil olunmur. Bu, yanlış yanaşmadır. Əgər skuteri idarə edirsənsə, digər hərəkət iştirakçıları kimi sən də yol hərəkəti qaydalarına əməl etməlisən. Yol nişanlarının və nişanlanma xətlərinin tələblərinə riayət etməlisən".

E.Hacıyev xatırladıb ki, bir müddət əvvəl moped sürücüləri arasında svetoforun qadağanedici işığına məhəl qoymayan, hərəkət üçün nəzərdə tutulmayan yerlərdən keçən, hətta yolun əks istiqamətində hərəkət edən şəxslər çox idi:

"Onlar maddi qazanc əldə etmək məqsədilə sifarişləri daha tez çatdırmaq üçün sürət həddini aşır, müxtəlif qayda pozuntularına yol verirdilər. Həmin vaxt mopedlərin dövlət qeydiyyat nişanları olmadığı üçün sürücülər xüsusi texniki vasitələrlə qeydə alınmayacaqlarını düşünürdülər. Hazırda isə mopedlər dövlət qeydiyyat nişanları ilə təchiz olunub. Bunun nəticəsində mopedlərin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayı xeyli azalıb. Halbuki bir müddət əvvəl bu cür qəzaların sayı kifayət qədər çox idi".

Elvin Hacıyev qeyd edib ki, skuter sürücüləri də yol hərəkəti qaydalarını pozduqları halda inzibati məsuliyyətə cəlb olunurlar:

"Skuter sürücüləri inzibati xəta törətdikdə Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülür. Paytaxtda yol polisi əməkdaşları tərəfindən skuter sürücüləri ilə mütəmadi olaraq maarifləndirici söhbətlər aparılır. Eyni zamanda, skuterlərin hərəkətinə xüsusi texniki vasitələrlə də nəzarət olunur. Heç kim düşünməməlidir ki, qayda pozuntusuna yol verdikdə bu, diqqətdən kənarda qalacaq. Artıq qayda pozuntusu müəyyən edilərək barəsində inzibati xəta haqqında protokol tərtib olunan skuter sürücüləri də var".

BDYPİ rəsmisi bildirib ki, bəzi hallarda azyaşlıların valideynlərindən xəbərsiz skuterdən istifadə etməsi halları ilə də qarşılaşırlar:

"Belə hallarda həmin şəxslərin valideynləri dəvət olunur və onlarla profilaktik söhbətlər aparılır".

Tarix
2026.11.28 / 13:45
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

Yeni şöbə yaradıldı, Rəsulov müdir təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla