Rusiyanın 2 neft obyektinə zərbələr endirildi - Video
12:42
| Ana səhifə Planet |
|
Ukrayna ötən gecə Rusiyanın iki neft obyektinə zərbə endirib.
Axar.az xəbər verir ki, bu barədə görüntülər Teleqram kanallarında paylaşılıb.
Bildirilib ki, Rostov vilayətindəki “Novoşaxtinski” Neft Emalı Zavoduna dron hücumu nəticəsində yanğın baş verib.
Həmçinin Samara vilayətinin Prosvet kəndi yaxınlığındakı Samara nəqli və saxlama stansiyası PUA ilə vurulub. Nəticədə yanğın baş verib.
Qeyd edək ki, “Novoşaxtinski” Neft Emalı zavodu Rusiyanın cənubunda yerləşən ən böyük neft emal edən zavoddur. Ötən həftə də bu obyekt dron hücumuna məruz qalmışdı. Nəticədə zavodun fəaliyyətini dayandırdığı açıqlanmışdı.
|
Tarix
2026.11.28 / 12:42
|
Müəllif
Axar.az
|