Qardaş ölkədə bina çökdü: 11 ölü
15:33
| Ana səhifə Planet |
|
Pakistanın Kəraçi şəhərində inşası davam edən altımərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 11-ə yüksəlib.
Axar.az xəbər verir ki, bu barədə “Geo Nyus” məlumat yayıb.
Bildirilib ki, dağıntılar altından daha iki nəfərin meyiti çıxarılıb.
Məlumata görə, binanın çökməsi nəticəsində 14 nəfər xəsarət alıb.
Xilasedicilər daha 9 nəfərin dağıntılar altında qala biləcəyini bildiriblər.
Axtarış-xilasetmə işləri davam etdirilir.
|
Tarix
2026.11.28 / 15:33
|
Müəllif
Axar.az
|