Yuxarı

Bu ölkə kanalizasiya suyundan içməli su istehsal edəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu ölkə kanalizasiya suyundan içməli su istehsal edəcək

Cənubi Afrikanın Keyptaun şəhərində təmizlənmiş kanalizasiya suyundan içməli su istehsalını nəzərdə tutan layihənin tender prosesinə başlanılıb.

Axar.az Bakı.vs-ə istinadla xəbər verir ki, şəhər 2018-ci ildə ciddi quraqlıqla üzləşib. Su anbarlarında səviyyənin kritik həddə enməsi səbəbindən əhalinin böyük hissəsinin su təchizatının dayandırılması təhlükəsi yaranıb. Həmin hadisə "Sıfır Gün" adlandırılıb.

Gələcəkdə oxşar vəziyyətin təkrarlanmaması üçün bələdiyyə Faure ərazisində yeni su istehsalı müəssisəsinin tikintisinə hazırlaşır.

Layihə çərçivəsində təmizlənmiş tullantı sularından gündəlik 70-100 milyon litr içməli su əldə edilməsi planlaşdırılır. İlk suyun 2030-2031-ci maliyyə ilində şəhərin su şəbəkəsinə verilməsi nəzərdə tutulur.

Proses zamanı Zandvliet təmizləyici qurğusunda ilkin emaldan keçən tullantı suları borular vasitəsilə Faure ərazisinə çatdırılacaq. Daha sonra su ozonlaşdırma, bioloji və aktiv karbon filtrasiyası, ultrafiltrasiya və ultrabənövşəyi şüalarla təmizlənəcək. Əldə olunan su su anbarlarından gələn su ilə qarışdırılacaq və şəbəkəyə verilməzdən əvvəl yenidən emal olunacaq.

Layihə dövlət-özəl tərəfdaşlığı əsasında həyata keçiriləcək. Seçiləcək şirkət müəssisənin maliyyələşdirilməsi, layihələndirilməsi, tikintisi və müəyyən müddət ərzində istismarını təmin edəcək. Bununla belə, infrastruktur bələdiyyənin mülkiyyətində qalacaq.

Şirkətlərin texniki imkanlarının qiymətləndirilməsindən sonra seçilmiş namizədlərdən 2027-ci ilin ikinci yarısında ətraflı təkliflərin alınması planlaşdırılır.

Tarix
2026.11.28 / 14:31
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla