Yuxarı

Bakıda söküntüyə hazırlıq: kompensasiya necə olacaq? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda söküntüyə hazırlıq: kompensasiya necə olacaq? - Video

Bakının Binəqədi rayonunun 7-ci mikrorayonunda, Bakı-Qars küçəsinin ətrafında yerləşən yolkənarı obyektlərin nömrələnməsi ərazidə söküntü işlərinin aparılacağı ilə bağlı müzakirələrə səbəb olub.

Axar.az Xəzər TV-yə istinadən xəbər verir ki, bir neçə gün əvvəl obyektlərin üzərinə vurulan nömrələr sakinlər və sahibkarlar arasında müxtəlif ehtimalların yaranmasına səbəb olub. Onların bir qismi ərazidə mövcud yolun genişləndiriləcəyini, digərləri isə yeni yolun və ya parkın salınacağını ehtimal edir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən şifahi şəkildə bildirilib ki, obyektlərin nömrələnməsi yol tikintisi layihəsinin ilkin mərhələsidir.

Məlumata görə, layihə çərçivəsində yaşayış komplekslərindən birinin Bakı-Qars küçəsi ilə əlaqələndirilməsi məqsədilə avtomobil və piyada tunellərinin tikintisi nəzərdə tutulur.

Agentliyin açıqlamasına əsasən, təsdiqlənmiş layihəyə uyğun olaraq yol üçün ayrılmış zolağın sərhədləri müəyyənləşdirilir və həmin əraziyə düşən hər bir obyektə ayrıca inventar nömrəsi verilir.

Növbəti mərhələdə obyektlərin daxili və xarici ölçüləri götürülür, kadastr və qiymətləndirmə məlumatları müvafiq nömrələr əsasında sistemləşdirilir.

Əmlakın alınması, kompensasiyaların ödənilməsi və söküntü işlərinin aparılması ilə bağlı məsələlərin isə sonrakı mərhələlərdə rəsmiləşdiriləcəyi bildirilib.

Tarix
2026.11.29 / 00:48
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağ izli qanlı cinayət: Nazaryana ittiham irəli sürüldü

Sülhə gedən yolda son maneə onlardır - Paşinyan

Əliyev çox layiqli liderdir, biz də bu məsələləri... - Kobaxidze

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla