Yuxarı

Elmir və Ayxan dünya çempionatında medal qazandı - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Elmir və Ayxan dünya çempionatında medal qazandı - Foto

Noyabrın 27-də Bakının “Sərhədçi” İdman Mərkəzində qrapplinq, pankration və həvəskarlar arasında MMA (Mixed Martial Arts) üzrə dünya çempionatının açılış mərasimi keçirilib.

Axar.az xəbər verir ki, mərasimdə gənclər və idman naziri Fərid Qayıbov, Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç və Azərbaycan MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov çıxış ediblər.

Bu gün keçirilən yarışlarda “QIZILDAŞ TEAM” idman klubunun iki təmsilçisi U-15 yaş kateqoriyasında uğurlu nəticə əldə edib. 2012-ci il təvəllüdlü Elmir Əmirov (57 kq) gümüş, Ayxan Şirinov (77 kq) isə bürünc medal qazanıb.

Hər iki idmançı Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən Azər Namazov adına 180 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdidir.

İdmançıların məşqçisi MMA üzrə Avrasiya çempionu Seyhun Əsədlidir.

Qeyd edək ki, müxtəlif ölkələrin idmançılarının iştirak etdiyi dünya çempionatı noyabrın 29-dək davam edəcək.

Tarix
2026.11.28 / 23:10
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyev çox layiqli liderdir, biz də bu məsələləri... - Kobaxidze

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla