Yuxarı

Əliyev çox layiqli liderdir, biz də bu məsələləri... - Kobaxidze

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev çox layiqli liderdir, biz də bu məsələləri... - Kobaxidze

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycanla bəzi məsələlər üzrə mövqelərin uzlaşdırılmasına ehtiyac olduğunu bildirib.

Axar.az APA-ya istinadla xəbər verir ki, baş nazir bu barədə “İmedi” telekanalının “Açıq efir” proqramında danışıb.

“Azərbaycanın çox layiqli lideri – Prezident cənab Əliyev var və biz Azərbaycanla strateji tərəfdaşlıq, həmçinin dostluq və qonşuluq münasibətləri saxlayırıq”, – deyə Kobaxidze bildirib.

Onun sözlərinə görə, iki ölkə arasında əlavə danışıqlar tələb edən məsələlərdən biri Keşikçidağla bağlıdır.

“Elə məsələlər mövcuddur ki, onlarla bağlı ortaq mövqeyimiz yoxdur və mövqelərimizin uzlaşdırılmasına ehtiyac var. Belə əsas məsələlərdən biri Keşikçidağ məsələsidir. Bununla bağlı bizə çox çətin vəziyyət miras qalıb. Bu, əlavə danışıqlar tələb edən məsələdir”, – deyə Baş nazir qeyd edib.

Kobaxidze Kürmük məbədi məsələsinə də toxunaraq, burada dini ayinlərin Gürcüstanın hazırkı hakimiyyəti dövründə bərpa olunduğunu bildirib.

“Dostlarımız və tərəfdaşlarımızla müzakirələr aparırıq və ümid edirik ki, sonda hər şey həm Gürcüstanın, həm də Azərbaycanın maraqlarına uyğun şəkildə həll olunacaq. İnanıram ki, burada da mövqelərimizi uzlaşdırmaq mümkündür”, – deyə Gürcüstanın Baş naziri əlavə edib

Tarix
2026.11.28 / 22:53
Müəllif
Axar.az
Digər xəbərlər

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

Ramiz Mehdiyev evindən çıxan milyonlardan danışdı

Qəbul imtahanlarında yeni modelə ehtiyac var: SAT, İELTS...

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

Azərbaycanda bu müəssisə özəlləşdirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla