Rusiyada bu hava limanları bağlandı
01:22
| Ana səhifə Hadisə |
|
Bakının Xətai rayonunda yolun çökməsi nəticəsində təxminən 10 metr dərinlikdə yeraltı hissə və su kollektoru görünüb.
Axar.az xəbər verir ki, bu barədə Nicat Qasımov adlı vətəndaş Baku.vs-yə məlumat verib.
Onun sözlərinə görə, hadisə rayonun Corad küçəsi, 5B ünvanında, yaşadıqları evin qarşısında baş verib. Yolun çökməsi nəticəsində ərazidə dərin çuxur yaranıb və yerin təxminən 10 metr dərinliyində yerləşən su kollektoru üzə çıxıb.
Vətəndaş bildirib ki, məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat verilib.
|
Tarix
2026.11.29 / 01:10
|
Müəllif
Axar.az
|