Yuxarı

Kosmik aparat 8 illik uçuşdan sonra Merkuriyə çatdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kosmik aparat 8 illik uçuşdan sonra Merkuriyə çatdı

Avropa Kosmik Agentliyinin (ESA) və Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinin (JAXA) birgə missiyası çərçivəsində hazırlanan “BepiColombo” kosmik aparatı səkkiz illik uçuşdan sonra Merkuriyə çatıb. Missiyanın məqsədi Günəş sisteminin daxili hissəsində yerləşən və ən az öyrənilmiş planetin sirlərini aşkar etməkdir.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, kütləsi dörd tondan çox olan kosmik aparat 2018-ci il oktyabrın 20-də “Ariane 5” daşıyıcı raketi ilə kosmosa buraxılıb. Merkurinin orbitinə çıxmazdan əvvəl aparat Venera və Merkurinin yaxınlığında bir sıra qravitasiya manevrləri həyata keçirib.

Missiyanın əsas məqsədlərindən biri planetin qeyri-adi böyük nüvəsini, maqnit sahəsinin xüsusiyyətlərini və Günəş küləyi ilə qarşılıqlı təsirini öyrənməkdir. Alimlər Yer kürəsindəki qütb parıltısına bənzəyən hadisəyə xüsusi maraq göstərirlər. Lakin Merkuridə bu hadisə sürətləndirilmiş elektronların planetin səthi ilə toqquşması nəticəsində yaranan rentgen şüalanması şəklində müşahidə olunur.

Layihənin həyata keçirilməsində İsveç mühüm rol oynayır. Kosmik zondların göyərtəsində quraşdırılmış üç ölçü cihazı Kirunadakı İsveç Kosmik Fizika İnstitutunun və Stokholmdakı Kral Texnologiya İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanıb.

Dekabr ayında “BepiColombo” missiyasına daxil olan iki kosmik zond, — Avropanın “MPO” zondu və Yaponiyanın “Mio” zondu, — bir-birindən ayrılaraq öz orbitlərinə çıxmalıdır. Elmi məlumatların tam həcmdə toplanmasına 2027-ci ilin aprelində başlanacağı gözlənilir. İki aparatın eyni vaxtda işləməsi Merkurinin maqnitosferini müxtəlif mövqelərdən tədqiq etməyə imkan verəcək.

“BepiColombo” Merkurinin tədqiqi tarixində üçüncü kosmik missiyadır. Bundan əvvəl planeti 1974–1975-ci illərdə Amerikanın “Mariner 10” aparatı, 2011–2015-ci illərdə isə “Messenger” aparatı tədqiq edib.

Tarix
2026.11.29 / 01:48
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağ izli qanlı cinayət: Nazaryana ittiham irəli sürüldü

Sülhə gedən yolda son maneə onlardır - Paşinyan

Əliyev çox layiqli liderdir, biz də bu məsələləri... - Kobaxidze

Mansur Yavaş prezidentliyə namizəd olacaq? – Özü danışdı

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla