Ana səhifə Gündəm |
Bu gün Bakıda Prezident Administrasiyasının və "The
Business Year" jurnalının təşkilatçılığı ilə nəşrin "Azerbaijan
2016" xüsusi buraxılışının ("The Business Year-Azerbaijan 2016")
təqdimat mərasimi keçirilir.
Publika.az xəbər verir ki, təqdimat mərasimdə
Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin
deputatları, KİV-lərin və ictimaiyyətin nümayəndələri iştirak
ediblər.
Tədbirdə çıxış edən nəşrin regional direktoru Betül Çakaloğlu
jurnalın "The Buisness year: Azerbaijan-2016" xüsusi buraxılışı
haqqında ətraflı məlumat verib.
O bildirib ki, son illər Azərbaycanda bş verən dinamik inkişaf bir
çox dünya mediaları kimi, "The Business Year" jurnalının da böyük
marağına səbəb olub:
"Budəfəki nəşrdə Azərbaycanın siyasi, iqtisadi, sosial, humanitar,
idman və digər sahələrdə əldə etdiyi böyük nailiyyətlər öz əksini
tapıb"
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi
Əli Həsənov deyib ki, bu gün keçirilən tədbir böyük əhəmiyyətə
malikdir:
"Azərbaycanın səlnaməsini 6 ildir ki, formalaşdıran, sənədləşdirən
bu jurnalın tədimatında iştirak edirik. Jurnal sözün həqiqi
mənasında çox tarixi funskiyanı yerinə yetirir. Buna görə də biz
jurnalın təsisçilərinə öz təşəkkürümüzü bildiririk. Ümummilli Lider
Heydər Əliyev Azərbaycanın inkişaf konsepsiyasının əsasını qoyanda
bu günlərdə həmin anların reallaşacağını bilirdi. Bu gün Azərbaycan
dünyada beynəlxalq normalarının həyata keçirilməsini öz gücü,
fəaliyyəti ilə sübuta yetirib. Azərbaycan 2012-ci ildə "Avroviziya"
mahnı müsabiqəsinə ev sahibliyi etdi və gözəl nümunələrini ortaya
qoydu. Daha sonra Azərbaycan ilk Avropa Oyunlarına peşəkarcasına ev
sahibliyi nümunəsini ortaya qoydu. Bütün bu işlərin sayəsində bu
gün Azərbaycana qiymət verilir".
Ə.Həsənov qeyd edib ki, hazırda Azərbaycan bir sıra transmilli
layihələrə dəstək verir, Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan
"Şahdəniz-2", TANAP və TAP layihələrinin həyata keçirilməsində
aktivlik göstərir:
"Biz bu və ya digər istiqamətlərdə fəaliyyətimizi davam etdirmək
əzmindəyik".
Prezidentin köməkçisi söyləyib ki, Azərbaycan dünyada sülhün
bərqərar olmasına dəstək verir, beynəlxalq hüquq normalarının
həyata keçirilməsində mühüm addımlar atır:
"Azərbaycan bir sıra beynəlxalq tədbirlərə ev sahibliyi edib.
Bilirsiniz ki, Avropa Oyunları Azərbaycanda keçirilib. Bundan
başqa, bir sıra digər beynəlxalq tədbirlər də keçirilib.
Azərbaycan qitələri birləşdirən nəhəng nəqliyyat-kommunikasiya
layihələrinin həyata keçirilməsində əhəmiyyətli rol oynayır.
Ölkəmiz "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat dəhlizlərinin
yaradılması üçün böyük səylər göstərir. Azərbaycan qarşıdan gələn
dövrdə bütün regionun inkişafına xidmət göstərəcək beynəlxalq
nəqliyyat-tranzit şəbəkəsinin mərkəzinə çevrilib. Bütün bunlar
Prezident İlham Əliyevin yürütdüyü siyasətin nəticəsidir. Biz bu
istiqamətdə fəalliyətimizi davam etdirmək niyyətindəyik.
Azərbaycan beynəlxalq humanitar tədbirlərə ev sahibliyi etməklə
dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoqun
inkişafına, multikultural dəyərlərin təşviqinə dəstək
göstərir".
Xatırladaq ki, "The Business Year" jurnalının Azərbaycanla bağlı
xüsusi buraxılışı artıq altıncı dəfədir nəşr olunur.
Qeyd edək ki, tədbirdə "The Business Year" jurnalının
fəaliyyətindən və xüsusi buraxılışından bəhs edən videoçarx nümayiş
olunub.
Sonda mükafatlandırma mərasimi keçiriləcək.
Tarix
2016.05.25 / 20:33
|
Müəllif
Axar.az
|