Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
15 Dekabr 2017


AŞPA Azərbaycandakı prezident seçkilərini müzakirə etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda keçirilmiş prezident seçkilərinə dair hesabat AŞPA Bürosunun iclasında qəbul edilib

"Axar.az" "APA"ya istinadən xəbər verir ki, Avstriyanın paytaxtı Vyanada noyabrın 21-də keçirilmiş Avropa Şurası Parlament Assambleyası Bürosunun toplantısında Azərbaycanda və Gürcüstanda keçirilmiş prezident seçkilərinin nəticələrinə dair hesabatlar müzakirə olunub.

İngiltərəli deputat Robert Valterin hazırladığı "Azərbaycanda prezident seçkilərinin müşahidəsi (9 oktyabr 2013)" adlı hesabat müzakirə olunaraq qəbul edilib.

Azərbaycan üzrə hesabat əsasən müsbət qiymətləndirilib və bu seçkilərin nəticələri səslərin bölüşdürlməsini əks etdirdiyini və Azərbaycan xalqının iradəsini ifadəsi kimi hesab olunub.

Avropa Şurası Gürcüstana qarşı isə sanksiya tətbiq edib. AŞPA Bürosu Gürcüstandakı seçkilərin nəticələrinə dair müzakirələrdən sonra qəbul etdiyi hesabatında Gürcüstana qarşı iki il müddətinə sanksiyanın tətbiq olunacağını qəbul edib. Buna səbəb isə seçkilər zamanı Gürcüstan hökumətinin AŞPA müşahidəçi missiyasının tərkibindəki Rusiyalı millət vəkillərini ölkəyə buraxmaması olub. Büronun qəbul etdiyi sanksiyaya əsasən, iki il ərzində Avropa Şurasının heç bir tədbiri Gürcüstanda keçirilməyəcək.

Büronun iclasında iştirak edən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, AŞPA Bürosunun qəbul etdiyi hesabatla deputatların əksəriyyəti Azərbaycanda keçirilmiş seçkiləri çox müsbət və yüksək səviyyədə qiymətləndirdiklərini bildirib. "Bildiyiniz kimi, prezident seçkilərindən sonra AŞPA müşahidəçi missiyasının hazırladığı hesabat, burada, Vyanada müzakirə olunmalıydı və biz də bunu səbirsizliklə gözləyirdik. Və bu gün qurumun bürosunun iclasında müxtəlif məsələlərlə yanaşı, Azərbaycanda və Gürcüstanda prezident seçkiləri müzakirə olundu. Azərbaycanda prezident seçkiləri ilə bağlı artıq fikir mübadiləsi yox, AŞPA-nın Azərbaycandakı seçkiləri müşahidə etmiş müşahidəçi missiyasının rəhbəri Robert Valterin hazırladığı məruzə geniş şəkildə müzakirə olundu. Bu hesabatın içərisində bənd-bənd seçkiqabağı, seçki günü və seçkidən sonrakı vəziyyət təhlil olunub. Sabah isə AŞPA-nın Daimi komitəsinin toplantısında bu məsələnin müzakirəsi üçün ən əsas məsələ bu hesabatın bu gün büronun iclasında təsdiq və qəbul olunması lazım idi. Prosedurlara görə, belə sənədlər ilk olaraq Büro daxilində müzakirə olunur və qəbul olunduqdan sonra Daimi komitəyə və daha sonra Parlament Assambleyasına çıxarılaraq, ictimaiyyətə açıqlanır. Biz də bugünkü iclası çox səbirsizliklə gözləyirdik. Çünkü müxtəlif qurumlar, ayrı-ayrı şəxslər bu məsələ ətrafında müəyyən problemlər yaratmaq istəyirdilər. Amma mən bu gün Büronun iclasında çıxış edərək, Azərbaycanın mövqeyini bir daha Büro üzvlərinə çatdırdım. Büro üzvləri də öz növbələrində Azərbaycanda keçirilmiş prezident seçkilərinə dair öz mövqelərini bildirdilər. Və sizə deyim ki, bugünkü iclasda cənab Robert Valterin hazırladığı hesabat təsdiq olundu və bu sənəddə prezident seçkilərində Azərbaycan xalqının iradəsinin tam şəkildə öz əksini tapmışdır kimi sözlərini də tapa bilərsiniz".

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri həmçinin bildirib ki, iclasda seçkilər məsələsində Avropa təşkilatları arasındakı haçalanma da müzakirə olunub: "Əslində elə, bu əsas məsələlərdən bir idi. Avropa Şurası, Avropa Parlamenti, ATƏT-in Parlament Assambleyası Azərbaycanda keçirilmiş seçkiləri açıq, ədalətli və demokratik və Azərbaycan xalqının iradəsini əks etdirən seçkilər kimi qiymətləndirdi, ATƏT-in Demokratiya və İnsan Haqları Bürosu isə bu seçkilərdə hansısa ciddi pozuntuların olduğunu qeyd etmişdi. Bu məsələ ilə bağlı həm Büro üzvləri, həm də hesabatın müəllifi cənab Valter, həm mən də çıxış edərək, öz münasibətimizi bildirdik. Birmənalı olaraq, bu problem Azərbaycanın problemi deyil, bu Avropanın təşkilatları içərisində baş verən bir böhrandır. ATƏT-in Parlament Assambleyasının rəhbəri ATƏT-in özünün müşahidəçi missiyasının təqdim etdiyi sənədinə qarşı öz bəyanatı ilə çıxış etmişdi, söhbət cənab Mişel Vuazəndən gedir. O ki qaldı Avropa Parlamentinin və Avropa Şurasının birgə bəyanatına, o bəyanatın müəllifləri həm AP-də, həm AŞ-da öz fikir və mövqeləri üstündə dayanmışdılar və deputatların əksəriyyəti Azərbaycanda keçirilmiş seçkiləri çox müsbət və yüksək səviyyədə qiymətləndirdilər".

Tarix
2013.11.22 / 08:35
Müəllif
Axar.az
Şərhlər
loading...
Digər xəbərlər

Dilqəm Əsgərov və Şahbaz Quliyevdən yeni xəbər

Bu ərazilər Ermənistandan alındı - İrəvan şokda

Qarabağ təkcə Azərbaycanın deyil... - Gürcü alim

Putin Tehranda Əliyevdən nə xahiş edib - Sensasion iddia

Növbəti ildə hansı nazirliklər birləşdiriləcək?

Türkiyə ABŞ əleyhinə bu addıma imkan vermədi - Qüds Zirvəsi

Putinin Türkiyədə bu sazişi imzalamamasının - Səbəbi

İrəvan Türkiyə ilə imzalanan protokollardan niyə çıxdı?

Ermənipərəst qüvvələrin növbəti məğlubiyyəti...

Çıroqov və Sərkisyan işi: hər iki iş uddusa, niyə qalib sayılırıq?

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla