Yuxarı

Ata 7 yaşlı oğlunu çəkiclə öldürdü – Təfərrüat

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

01:07

Sabirabad rayonunda ata 7 yaşlı oğlunu qətlə yetirməsinin təfərrüatları məlum olub.

Teleqraf.com xəbər verir ki, qətl hadisəsi rayonunun Ulacalı kəndində qeydə alınıb.

Kənd sakini, 1990-cı il təvəllüdlü Röyal Məmmədov 7 yaşlı oğlu Röyaminin başına çəkiclə zərbə vuraraq öldürüb. Qətli törədən ata daha sonra polis şöbəsinə gedərək təslim olub.

İstintaq araşdırmaları zamanı məlum olub ki, Röyal Məmmədov bir neçə il əvvəl həbsxanaya düşüb. Bu ilin yanvarında həbsdən azad olunan Röyal Məmmədov ailəsinin yaşadığı evə gəlib.

Bir neçə ay ərzində ailədə davamlı mübahisə olub. Sonuncu mübahisə ər-arvad arasında uşaq üstündə yaranıb. Röyal Məmmədovun həyat yoldaşı deyib ki, uşaq ondan yox, başqa kişidəndir. Qadın iddia edib ki, Röyami ona oxşamır.

Buna görə də qadınla kişi arasında mübahisə baş verib. Sonda Röyal Məmmədov 7 yaşlı oğlunu öldürmək qərarına gəlib.

Martın 28-də Röyal Məmmədov Röyamini kənd ərazisində olan köhnə yeməkxananın ərazisinə aparıb. Orada Röyal Məmmədov Röyaminin başından çəkiclə vuraraq öldürüb.

Faktı ilə bağlı Sabirabad rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Tarix
2017.03.29 / 12:51
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevin liderlərə məktubu diplomatlara çatdırıldı

Ordumuzun Dığ əməliyyatı: İrəvan cinayət işini bağladı

Azərbaycandan 14,5 min hektar necə qoparılıb? – Qalumyan

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla