Yuxarı

Qorxumdan Mədət Quliyevə dedim ki... – Tanınmış idmançı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Milli Qəhrəman, general-leytenant Mədət Quliyevin 59 yaşı tamam olur. Tanınmış idmançı Kamil Zeynallının bu münasibətlə Mədət Quliyevə yazdığı təbrik maraqla qarşılanıb.

Kult.az xəbər verir ki, K.Zeynallı Mədət Quliyevlə təsadüfü görüşünü və qısa müddət sürən ünsiyyət zamanı onun insanlığına heyran olduğunu qeyd edib:

“Təxminən 7-8 il bundan öncə Mədət müəllimlə bir toyda tanış olduq, yan-yana əyləşdik, o zaman DİN Baş Mühafizə İdarəsinin rəisi idi, məni tanıdı. Oturanda çox səmimi münasibət yaratdı. Yuxuma da girsə, inanmazdım ki, Milli Qəhrəmanımızın bu cür səmimiyyəti olsun. Hətta Mədət müəllim ofisiantı belə yaxınımıza qoymadı. O qədər sadə insandır ki, özünə nə çəkdisə, mənə də eyni yeməkdən çəkirdi. Deyirdi ki, yaxşı ye ha, idmançı oğlansan, yeməyinə həmişə fikir ver. Məndən soruşdu ki, içki içirsən? Qorxumdan dedim ki, yox, nə içki, mən ancaq su içirəm. Tez suyu açdım, qoydum qarşıma (Həmin vaxt arada çaxırdan, pivədən içirdim).

İki saat bir yerdə oturduq, durdu oynamağa, məni də dəvət etdi... Bu insana heyran qaldım. Hətta məni yanına işə də dəvət elədi, amma müəyyən səbəblərdən alınmadı.

Həyatda hər şeyin ən mükəmməlinə layiqsiniz, Mədət müəllim, ad gününüzü təbrik edirəm. Allah sizin kimi böyüklərimizə dəyməsin”.

Tarix
2017.09.27 / 13:36
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov Qambiyaya getdi

Orban Putinin andiçməsinə gələrsə… - Arkov

Geqamyan: Bakı buna nail oldu: indi qalib önündə təkik - Video

İlham Əliyev Andjey Dudaya məktub ünvanladı

AB Azərbaycana əlavə 2 milyon ayırır

Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi

İlham Əliyev Səudiyyənin energetika nazirini qəbul etdi

Azərbaycanda qurulan türk hərbi şirkəti... - General

Yazıq gəlinimi erməni eləmişdilər - Sabiq nazir

Moskvaya gedib, Lavrovla çay içəcəm - Məmmədyarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla