Yuxarı

Kabili kim vurdu: indi də ABŞ "biz" deyir - Müəmma

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əfqanıstanın paytaxtı Kabil hava limanı yaxınlığında yanlışlıqla sıravi vətəndaşları vurduq.

Axar.az xəbər verir ki, bu barədə Pentaqondan açıqlama verilib.

Açıqlamada qeyd edilir ki, ABŞ-ın hava əməliyyyatı nəticəsində sıravi vətəndaşlar zərər görüb.

"Kabil hava limanı yaxınlığında hücum edən terrorçuları geri çəkilməyə məcbur etmək üçün hava əməliyyatı reallaşdırılıb. Təəssüf ki, raketlərdən biri düzgün işə düşmədi və nəticədə zərər görənlər oldu. Buna görə təəssüf edirik", - açıqlamada deyilir.

Əfqanıstan mediasının məlumatına görə, ABŞ-ın hava əməliyyatı nəticəsində 1 nəfər ölüb, 4-ü yaralanıb.

Qeyd edək ki, bu gün ABŞ Müdafiə naziri Ceyms Mettisə sui-qəsd təşkil edildiyi iddia edilib. Belə ki, Mettisin təyyarəsi Kabilə enərkən aeroportun yaxınlığına raket zərbəsi endirilib. Sui-qəsd cəhdinə görə məsuliyyəti Taliban üzərinə götürüb. Bundan bir müddət sonra isə İŞİD sui-qəsd planının müəllifi olduğunu açıqlayıb.

Rusiya hər iki terror təşkilatının sui-qəsd cəhdinin məsuliyyətini üzərinə götürmək istəyini maliyyələşmə ilə əlaqələndirib.

Tarix
2017.09.28 / 08:00
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Britaniya səfirinə cavab

İlham Əliyev fərman imzaladı

Paşinyan məsuliyyətə cəlb olunur: Müraciət göndərildi

Overçuk Mustafayevlə görüşdü

Hindistan bununla Türkiyə və Azərbaycanı hədəf alır

Əliyevlə yarım saat görüş olacaqdı, ancaq... - Kalaşnikov

Ermənilərdən şok etiraf: Azərbaycana “sanksiya”...

Azərbaycan neokolonializmə qarşı mövqeyini... - Deputat

İran Azərbaycana qarşı indi də afrikalılardan istifadə edir

Azərbaycan ərazisində heç bir anklav yoxdur - Politoloq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla