Axar.az 🇦🇿 Operativ Xəbər Saytı
14.7K subscribers
5.22K photos
1.25K videos
5 files
9.02K links
Download Telegram
Axar.az 🇦🇿 Operativ Xəbər Saytı pinned «Rayondan Bakıya gələnlər bu halda cərimələnəcək - DİN Ətraflı : https://axar.az/news/gundem/707260.html»
This media is not supported in your browser
VIEW IN TELEGRAM
🆘 Rusiya sülhməramlıları kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində ağacları kəsdiyi iddia edilir.
Qərbi Azərbaycan İcması:

Ermənistan hökumətindən hazırda onun ərazisi sayılan coğrafi məkanlardan qovulmuş azərbaycanlıların beynəlxalq proses çərçivəsində öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmasına şərait yaratmağı və oraya qayıtdıqdan sonra onların fərdi və kollektiv hüquqlarını təmin etməyi tələb edirik.
Tanınmış jurnalist, uzun illər “Kino” qəzetinə rəhbərlik edən, 2002-ci ildən isə “Xalq qəzeti”nin mədəniyyət yazarı kimi çalışan Mehdi Mükərrəmoğlu vəfat edib.
❗️ Rusiya XİN-dən İrəvana sərt cavab

📌 Bir məsələ ilə bağlı rəsmi İrəvanın bəyanatları ciddi şəkildə fərqlənəndə Ermənistan tərəfinin mövqeyini qiymətləndirmək çətindir.

Axar.az xəbər verir ki, bunu Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Əgər İrəvan həqiqətən də müəyyən edilmiş problemlərin, üçtərəfli sazişlərin həllində maraqlıdırlarsa, o zaman boş fəlsəfə ilə məşğul olmaqdansa, birgə işi davam etdirmək lazımdır. Rusiya tərəfinin təklifi isə bu məsələnin həlli üçün platforma təqdim etməkdir. Sülh müqaviləsi üzrə Ermənistan-Azərbaycan danışıqları da qüvvədə qalır”, - Zaxarova bildirib.
📚Dövlət qulluğuna qəbul imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzi tərəfindən 12 fevralda dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB altqruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək. İmtahanda iştirak etmək üçün qeydiyyat 12 yanvar saat 11:00-dan 1 fevral saat 11:00-dək aparılacaq. İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 2000 yer ayrılıb.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış olmaq mümkündür.

“Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilmişdir) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.
❗️Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) köməyi ilə Xankəndidən daha üç xəstə Ermənistana aparılıb.
Baxmuta atılan minlərlə mərminin izləri
Azərbaycanda media subyektlərinin 3 il müddətində vergidən azad olunması ilə bağlı qanun layihəsi hazırlanır.