Yuxarı

Şirkətlər bu avtomobilləri sığortalamaqdan imtina edir

Ana səhifə Avto
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şirkətlər bu avtomobilləri sığortalamaqdan imtina edir

Daxili yanma mühərrikinin iş həcmi kiçik olan minik avtomobilləri sahiblərinin icbari sığorta şəhadətnaməsi əldə edə bilməməsi artıq ciddi problemə çevrilib. Demək olar ki, bütün sığorta şirkətləri və sığorta agentləri belə avtomobillərin sahiblərinə sığorta şəhadətnaməsi verməkdən imtina edirlər. Şəhadətnaməni elektron qaydada da əldə etmək mümkün deyil.

Axar.az xəbər verir ki, bu barədə hüquqşünas Ərşad Hüseynov Feysbuk hesabında yazıb.

O qeyd edib ki, sığortaçılar sürücülərin belə avtomobilləri əsasən taksi kimi istifadə edəcəyini ehtimal edir:

“Bu səbəbdən onların sahiblərinin məsuliyyətini sığortalamaqdan qanunsuz şəkildə imtina edirlər. Lakin belə avtomobilin sahibi qadın olduğu halda imtina etmirlər. Çünki qadınların taksi fəaliyyəti ilə məşğul olması ehtimalı azdır. Hazırda bu kütləvi qanunsuzluğun qarşısı nəinki alınmır, əksinə, onun miqyası artmaqdadır”.

Ə.Hüseynov sığortaçıların bu yanaşmasının çox ağır fəsadları olduğunu bildirib:

"1. Bu yanaşma “İcbari sığortalar haqqında” Qanunun aşkar surətdə pozulmasıdır. Qanunun 23.3-cü maddəsi sığortaçının icbari sığorta üçün müraciət etmiş şəxslə müqavilə bağlamaqdan və ona sığorta şəhadətnaməsi verməkdən imtinasını qadağan edir.

2. Sığortaçıların bu yanaşması yol hərəkəti təhlükəsizliyi sahəsində dövlətimizin siyasətinə ziddir və AR Prezidentinin 2018-ci ildə təsdiq etdiyi Yol hərəkəti təhlükəsizliyinə dair Dövlət Proqramının müddəalarını birbaşa pozur. Proqramda həm ekoloji, həm də ümumi yol hərəkəti təhlükəsizliyi mülahizələri nəzərə alınaraq kiçik mühərrikli, az yanacaq sərf edən avtomobillərdən istifadənin təşviqi və stimullaşdırılması təsbit edilir. Sığortaçıların bu yanaşması isə insanları belə avtomobillərdən istifadə etməkdən çəkindirir.

3. Həmçinin bu, ciddi sosial fəsadlar da doğurmaqdadır. Çünki bu tipli avtomobillə taksi fəaliyyəti göstərən insanların sığortası olmadığından avtomobillərini istifadə edə bilmirlər. Nəticədə gündəlik gəlirlərini itirirlər. Üstəlik, əhalinin taksi xidmətindən istifadəsini çətinləşdirir.

4. Bu yanaşma avtomobil sahiblərinin kütləvi qanun pozuntusu törətməsi və cərimələnməsi riskini yaradır. Axı icbari sığortasız avtomobil idarə etməyə görə cərimə (fiziki şəxs üçün 50 manat məbləğində) nəzərdə tutulur və DYP həmin cərimələri tətbiq edir (kameralar vasitəsilə elektron qərarla).

5. Gələn məlumatlara əsasən, sığorta şirkətlərindəki bəzi işbazlar vəziyyətdən istifadə edərək əlavə “haqq” hesabına belə avtomobil sahiblərinin sığorta problemini həll edirlər. Bu isə birbaşa olaraq korrupsiyadır”.

Hüquqşünas onu da əlavə edib ki, artıq bir neçə aydır mövcud olan problemi bu məsələlərə nəzarət edən qurum - Mərkəzi Bank - tərəfindən həll olunmur.

Tarix
2023.01.12 / 11:42
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

MM-də Mehdiyev müzakirəsi: Prezidentə ən ağır xəyanət...

Gənclərin öz doğma torpaqlarına qayıtmaları qürurverici haldır

Putin Ramiz Mehdiyevin çevriliş planını niyə ifşa etdi?

Bakının Qəzza prosesində iştirakı ABŞ-ın seçimidir

Prezidentdən Füzuli ilə bağlı paylaşım - Video

Gəncədə törədilən növbəti terrordan beş il ötür

Putin və Şara nələri müzakirə edib? - Kremldən açıqlama

Mehdiyev dedi ki, Bakıda bir tualetim də yoxdur - Video

Mehdiyevin çevriliş cəhdində İmişli detalı - İlginc

Putin Düşənbədə Əliyevə Ramiz Mehdiyev haqda nələr deyib?

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla