Yuxarı

Bakıda konsertə hazırlaşan reper cəzalandırıldı

Ana səhifə Maqazin
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda konsertə hazırlaşan reper cəzalandırıldı

Türkiyəli reper Blok3 ləqəbi ilə tanınan Hakan Aydının spirtli içki qəbul edərək və sürücülük vəsiqəsi olmadan avtomobil idarə etdiyi üçün aldığı cəza bəlli olub.

Kult.az Axşam.az-a istinadla xəbər verir ki, sənətçi İstanbulun Ataşehir rayonunda keçirilən yol yoxlaması zamanı saxlanılıb. Aparılan yoxlama zamanı onun qanında 1,14 promil spirt aşkarlanıb və sürücülük vəsiqəsinin olmadığı müəyyənləşib.

Blok3-ə vəsiqəsiz avtomobil idarə etdiyi üçün 23 min 437 türk lirəsi məbləğində inzibati cərimə tətbiq edilib və idarə etdiyi avtomobil yol hərəkətindən kənarlaşdırılıb. Bundan əlavə, “Yol hərəkəti təhlükəsizliyini təhlükəyə atmaq” maddəsi ilə barəsində araşdırma başladılıb.

Spirtin miqdarının yüksək olması nəzərə alınaraq, əvvəlcə 8 ay müddətinə həbs cəzası təyin edilib.

Daha sonra xüsusi məhkəmə proseduruna əsasən cəzaya yarı nisbətində güzəşt tətbiq olunaraq həbs müddəti 4 aya endirilib. Blok3-ün məhkumluğunun olmaması və maddi vəziyyəti nəzərə alınaraq, 4 aylıq həbs cəzası 12 min türk lirəsi məbləğində məhkəmə cəriməsi ilə əvəzlənib.

Qeyd edək ki, reperin noyabrın 7-də Bakıda konserti gözlənilir.

Tarix
2026.10.06 / 12:04
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycanın ədalətli mübarizəsi Türk dünyasını qürurlandırdı

Ərdoğan İlham Əliyevi təbrik etdi

Şuşa zəfəri Azərbaycan tarixinin ən şanlı səhifələrindəndir

Biz artmadıq, Azərbaycan isə 10 milyon oldu

Türklər bizə hücum etsə... - Simonyandan möhtəşəm cavab

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Husilər Ərəbistanı vurmamaq üçün 51 milyard tələb edir

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla