Yuxarı

Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan, ABŞ və Ermənistan üçtərəfli işçi qrup yaratdı

Azərbaycan, ABŞ və Ermənistanın "Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu" (TRİPP) layihəsini həyata keçirmək üçün üçtərəfli texniki qrupları fəaliyyətə başlayıb.

Axar.az xəbər verir ki, bu barədə üç ölkə hökumətlərinin 6 noyabrda dərc olunmuş birgə bəyanatında bildirilib.

İşçi qruplarının işə başlaması ilə bağlı görüşdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Brendan Hanrahan, Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov və Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan iştirak ediblər.

Bəyanatda qeyd edilib ki, yeni format üç ölkənin hökumət nümayəndələrini, və texniki mütəxəssislərini regional nəqliyyat əlaqələrini inkişaf etdirmək, uzunmüddətli sabitliyi gücləndirmək və iqtisadi əməkdaşlığı genişləndirmək üçün birgə işləmək üçün bir araya gətirir.

Tərəflər nəqliyyat və elektrik enerjisinin ötürülməsi məsələlərini həll edəcək ilk iki üçtərəfli işçi qrupunun yaradılması barədə razılığa gəliblər.

Vurğulanıb ki, bu qrupların işi mürəkkəb texniki məsələlərin həllinə və TRİPP-in tətbiqinin növbəti mərhələlərinə, o cümlədən onun digər regional infrastrukturla inteqrasiyasına keçməyə kömək edəcək.

İştirakçılar həmçinin layihənin bütün komponentlərinin qısa zamanda praktik olaraq işə salınmasına sadiq olduqlarını bir daha təsdiqləyiblər.

Tarix
2026.11.07 / 09:08
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla