Yuxarı

Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sultan IV Mehmetin krala göndərdiyi məktub üzə çıxdı

İspaniyanın paytaxtı Madriddə yerləşən Milli Tarix Arxivində (AHN) aşkar edilən, 1650-ci ildə dövrün Osmanlı sultanı IV Mehmet tərəfindən İspaniya kralı IV Felipeyə göndərilmiş bir sənəd indiyədək məlum olan tarixi məlumatlara yeni baxış bucağı qazandırıb.

Kult.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, “El Pais” qəzetinin İspaniya-müsəlman diplomatiyası üzrə tədqiqat layihəsinə rəhbərlik edən tarixçi Ruben Qonzales Kuerva ilə müsahibəsi ilə birlikdə dərc etdiyi xəbərdə Osmanlı sultanından göndərilən və uzunluğu iki metr yarımdan çox olan sənədin “İspaniya diplomatik tarixinin 130 illik bir dövrünü şübhə altına alan xarakter daşıdığı” iddia edilib.

AHN arxivlərində aşkar edilən sözügedən sənədin 1650-ci ildə Kral IV Felipeyə göndərilmiş Osmanlı sultanı IV Mehmetin qızıl suyuna çəkilmiş tuğrasını daşıdığı bildirilir. Qeyd olunur ki, tarixçilərin indiyədək “barışmaz düşmənlər” kimi qəbul etdiyi Osmanlı və İspaniya arasında mövcud olan münasibətlərə dair məlum təsəvvürlərdən fərqli olaraq sənəddə “sülh və ticarət təklifi” yer alır.

Tarixçi Qonzales Kuerva bildirib ki, Sultan IV Mehmet İspaniya hökmdarına digər Avropa dövlətləri ilə bağladığı sazişlərə bənzər sülh və ticarət müqaviləsi təklif edib, həmçinin kralın tacirlərinə İstanbulun qapılarını açacağına söz verib.

Kuerva qeyd edib ki, sözügedən sənəd XVII əsrin ortalarında Madrid və İstanbul sarayları arasında rəsmi diplomatik əlaqələrin mövcud olduğunu sübut edir:

“İspaniyanın XVIII əsrin sonunadək İslam dövlətləri ilə rəsmi diplomatik əlaqələrinin olmadığı güman edilirdi. Halbuki bizim əlimizdə bundan 130 il əvvələ aid rəsmi bir sənəd var.

Həmin dövrdə Venesiya Osmanlı ilə müharibə vəziyyətində idi, İspaniya isə gizli şəkildə venesiyalılara dəstək verirdi. IV Mehmetin təklifi xristian cəbhəsini parçalamağa və İspaniya monarxiyasını İtaliya Respublikası ilə ittifaqından uzaqlaşdırmağa yönəlmiş bir cəhd ola bilər.

Belə bir şərh məktubun geosiyasi kontekstdə qiymətləndirilməsini tələb etsə də, məktubun mövcudluğu belə bir-birinə düşmən olan iki güc arasında belə danışıqlar üçün imkanın olduğunu ortaya qoyur”.

Digər tərəfdən, Sultan IV Mehmetin tuğrasını daşıyan bu sənəd üzərində aparılan təhlillər zamanı ispan mütəxəssislərin əl işi kağız və təsirli xəttatlıq nümunəsi olan sənəddəki həqiqi qızılı qara mürəkkəbin tərkibindəki digər parıltılı elementlərdən fərqləndirdikləri bildirilib. Aparılan tədqiqatların hər kəsi heyran etdiyi qeyd olunub.

Tarix
2026.11.29 / 08:00
Müəllif
Ləman Rüfət
Digər xəbərlər

Qarabağ izli qanlı cinayət: Nazaryana ittiham irəli sürüldü

Sülhə gedən yolda son maneə onlardır - Paşinyan

Əliyev çox layiqli liderdir, biz də bu məsələləri... - Kobaxidze

Mansur Yavaş prezidentliyə namizəd olacaq? – Özü danışdı

Gürcü nazir də türklərin döyülməsindən danışdı

Prezidentdən Mavritaniyanın dövlət başçısına məktub

İlham Əliyev Albaniya prezidentini təbrik etdi

Azərbaycan XİN Albaniyanı təbrik etdi

Gürcüstanda azərbaycanlılar və türklər həbs edildi

Rusiya bu məhsulu Ermənistana satacaq, Azərbaycana yox

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla