Puqaçova İstanbulda konsert verəcək: Biletin qiyməti...
15:22
| Ana səhifə Kult Musiqi |
|
Rusiyalı müğənni Alla Puqaçova Türkiyədə solo konsert verəcək.
Kult.az xəbər verir ki, bu barədə müğənninin prodüseri Andrey Razin məlumat verib.
Onun sözlərinə görə, konsertin 1 may 2027-ci ildə İstanbuldakı “Çırağan Palace Kempinski” otelində keçirilməsi nəzərdə tutulub.
“Təxminən bir saat yarım davam edəcək konsertdə musiqi çıxışları ilə yanaşı, Puqaçovanın tamaşaçılarla ünsiyyət qurması üçün də imkanlar olacaq”, - Razin bildirib.
Biletlərin qiyməti 6 min avro olacaq.
Qeyd edək ki, bu 8 ildən sonra Alla Puqaçovanın ilk solo konserti olacaq.
|
Tarix
2026.11.29 / 15:22
|
Müəllif
Kult.az
|